Hacı İbrahim Nehrəmli dilənçi vəziyyətinə duşdu


Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.

1432380957_2

Hacı İbrahim Nehrəmlinin “Rolls Royce” maşını hərraca çıxarıldı

İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb.  Maşını almaq üşün 950 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.

Bu səbəbdən   bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

Bundan əlavə Haci  Nehrəmli əslən Qazax rayonundan olan  biznesmen Elşad Məmmədova qarşıda dələduzluq etmişdir.O Elşad Məmmədov 2 mənzili 365 min usd abş dollarina satdıqdan sonra həmin mənzilləri təkrar  başqa adama satmışdır.

Elşad Məmmədov  Ali Məhkəməyə şikayət etsədə  nəticə etibari ilə Haci Nehrəmli İlham Əliyev ailəsinə yaxınlıgından istifadə edərək məhkəmə prosesini pulla ələ ala bilmişdır