Azərbaycan dövlətinin bütövlüyü təhlükə altındadır.Mubarizəyə qalxın


Kanadada yaşayan həmyerlimiz Həsən bəy Səftərov

Azərbaycan dövlətini  sevən  vətənpərvər hərbiçilərimizə , polis əməkdaşlarına , ziyalılara həkimlərə, müəllim  və milli qeyrəti olan bütün Azərbaycan xalqına müraciət edirəm

Əziz soydaşlarım!
Bu gün Azərbaycandan həyəcan doğuran bir xəbər aldım. Azərbaycan dövlətinin başı üzərində qara buludlar dolaşmaqdadır. Azərbaycan Beynəlxalq Bankının və digər maliyyə  strukturlarının defolt (müflüs) elan edilməsinin arxasında böyük sirrlər dayanır. Bankların defolt edilməsi qəsdən təşkil edilib . Bu böyük Azərbaycan üzərində oylanılan çirkin bir siyasətin görünən tərəfidir.

Görünməyən tərəfi budur ki, ölkə diktatoru İlham Aliyev Azərbaycan dövlətini artıq hərracda satıb. İnanin buna rəsmən qərar verilib. Bu işi həyata keçirmek üçün dövlət strukturlarının maliyyə   dayağı olan Banklar qəsdən bir-birinin ardınca  defolt edilir. Bildiyiniz kimi  Xalqımıza məxsus olan Neft Fondunun  pulları Beynəlxalq Bankda saxlandığından artıq bu fondun da bir mənalı olaraq müflis olması haqda xəbər yayılıb. Əldə edilən məlumata görə  Azərbaycan dövlətinin  özü defolt elan edilərək Diktator Ərdoğan və Putin (Rusiya və Türkiyə) arasında bölünəcək.

Beləliklə, diktator İlham Aliyev və onun çevrəsi  öz  payına düşən pulları götürerek bir gün Azərbaycanı tərk edəcəklər. Bununla da kagız üzərində müstəqil olan Azərbaycanımızın  və dövlət müstəqilliyimizin  varlığına son veriləcəkdir. Bu məlumatı mənə  Azərbaycan hakimiyyətində  çox yüksək vəzifə tutan bir şəxsdən almışam və  xahiş məndən etdi ki, bu məlumatı Xalqa çatdırım.
Ola bilsin ki, bu müraciəti yaydıqdan sonra Azərbaycandakı YAP mafiyası  məni öldürməyə  cəhd etsin. Amma, hər şeyi göz önüne alaraq sizlərə müraciet edirem:

Əziz soydaşlarım! Vətənimizə  sahib çıxın! Uğrunda hərbiçilərimizin, polislərimizin,  Azərbaycanın hər ailəsininnin şəhid verdiyi bu müqəddəs torpağın bir qurup oğru tərəfindən qaret olunmasına və sonda yadellilərə  satılmasına imkan verməyin!
Özünüzün, evladlarınızın, gələcək nəsillərinizin taleyini düşünün. Onların qul kimi kimlərəsə satılmasını rəva bilməyin.

Bu artıq sondur və Azərbaycan xalqının, eləcə də  bu ölkəde yaşayan digər qardaş xalqların bundan sonra mövcudluq meselesi həll olunan bir məqamdır. Bu həssas məqamı əldən verməyin.

Sonra gec olacaq; istəsəniz də müqavimət göstərə  bilməyəcəksiniz. Odur ki, günü bu gündən bu oğrulara, quldurlara,   satqınlara qarşı mübarizəyə qalxın!

Onlar sizi satıb aradan çıxmamış siz onları hakimiyyətdən salın ve bu məkrli planın qarşısını alın!
Əziz polis və hərbiçi qardaşlarım!Mən  bir soydaşınız  və keçmiş polis işçisi, Qarabağda döyüş keçmiş qazi olaraq  sizlere müraciet edirem. Xalq ayağa qalxıb öz haqqını müdafiə edərkən, onlara silah qaldırmayın, qarşılarını almayın.

Özünüz də xalqa qoşulub bu oğrulara qarşı, bunların məkrli planlarına qarşı müqavimet göstərin. Əgər bunu etmirsinizsə, onda Vətəni, dövləti, gələcək nəsillərimizi müdafie edən xalqa qarşı neytral qalın, onlara silah çəkməyin. Düşünün ki, bu məmləkətdə  indiyədək yüzlərlə şahlar, rəhbərlər gəlib gediblər; heç biri əbədiyyən vəzifədə qalmayıb.

İlham Aliyev də onlardan biridir və o da əbədi deyil. Əbədi qalan isə  Vətənimiz Azərbaycan  və xalqdımızın varlıgıdır.

Siz faninin yox, əbədinin tərəfində dayanın. İlham Aliyevi indiyədək gəlib-gətmiş rəhbərlərdən fərqləndirən əsas cəhət odur ki, o, oğrudur, damarlarında düşmən qanı axır və ən pisi də odur ki, o bizim xalqımızı, dövlətimizi, bizim gələciyimizi, gələcək nəsillərimizi satıb.

Hazırda bunu resmiləşdirmək üçün dövlətin maliyye strukturlarını qəsden ard-arda müflis – defolt elan etdirməkdədir.

Biz bu satqınçılığı başa çatdırmaq üçün ona imkan verməməliyik. Oturub satılmağımıza kənardan baxmağı qeyrətimizə  sığışdırmamalıyıq. Satılan təkcə dövlətimiz, torpağımız deyil, deməli bizim namusumuz, qeyrətimiz də satılır.

Ana-bacılarımızın, qadın ve qızlarımızın namusunu düşünən hər bir vətən evladından , bu Vətənin, bu dövlətin satılmasına imkan verməməliyik və hamılıqla ayağa qalxıb bu satqınları yerində otuzdurmalıyıq. Sizin hamınızı namusumuz, qeyrətimiz uğrunda mübarizəyə səsləyirəm.

Vətənpərvər Azərbaycanlılar adından

Hasan Saftarov.  Kanada Toronto