Casus qalmaqalıyla bağlı yeni xəbərlər


Rəsmi qurumlar Ermənistana casusluqda suçlanan bir qrup hərbçi və mülki vətəndaşın saxlanılması haqda məlumat yayandan bir qədər sonra mətbuatda və sosial şəbəkələrdə bu haqda fərqli informasiyalar yayılmağa başladı.

Bu rəsmdəkilərin milli kimliyini bilməyən varmı?

Məsələn, mayın 19-da vəkil Namizəd Səfərov Facebook səhifəsində yazır ki, Qəbələ rayon sakini, Milli Ordunun 6 ay öncə xidmətdən tərxis olunmuş zabiti bir neçə gün əvvəl evindən aparılıb və aradan 4 gün keçdikdən sonra meyiti polis işçıləri tərəfindən kəndə gətirilərək, təhqiramiz formada torpağa basdırılıb: “Qohumları və ailə üzvlərindən heç kimin dəfndə iştirakına imkan verilməyib. Böyüyü 4-cü sinifdə oxuyan uşaqları məktəbdən qovulub. Həbsdə olarkən nə vəkili olub, nə də ailəsinə bir məlumat verən. Bunu kim və niyə öldürüb sualını verə biləcək ailəsini susdura bilən ən yaxşı cavab, “bu casusdur!” ola bilərdi ki, o da, edildi”.

Bugünlərdə “Turan” İnformasiya Agentliyi Tərtərdə eyni ittihamla saxlanıldığı deyilən iki nəfərin müəmmalı şəkildə ölümü haqda xəbər yaydı. Məlumatda ölənlərdən birinin kənd qəbiristanlığında dəfninə yerlilərin etiraz etdiyi və bu səbəbdən mərhumun kənd məzarlığından aralıda torpağa tapşırıldığı da deyilir.

YERLİ RƏSMİLƏR DANIŞMIR, DEPUTAT DEYİR XƏBƏRİM YOXDUR

AzadlıqRadiosu bugünlərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirildiyi Tərtər rayon icra hakimiyyəti ilə də əlaqə saxlayıb. Rayon icra başçısının müavini Ramiz Şabanov rayonda vəziyyətin sabit, əmin-amanlıq olduğunu deyib. Konkret iki nəfərin ölümü haqda sual verdikdə o, telefonu asıb. İkinci zəngdə də müavin heç bir izahat vermədən söhbətə son verib.

20150404_DSC_1277

Tərtər 95 saylı seçki dairəsindən deputat seçilən Sahib Alıyev bu haqda məlumatsız olduğunu bildirib. “Təbii ki, oradakı proseslərlə maraqlanıram və bu məsələlərdə kimlər rol alıb, hansı rol alıb, bununla bağlı istintaq gedir. Bu yaxınlarda ictimaiyyət üçün açıqlama olacaq, onda siz də biləcəksiniz” söyləyib.

Son hadisələr haqda deputat yalnız bunu bildirib: “Tərtər camaatı özünün vətənpərvərliyi ilə seçilir. Biz bunu 1990-cı illərdə də görmüşük, keçən ilin aprel döyüşlərində də. İki-üç nəfər satqın varsa, bu bütün Tərtər camaatına aid edilməməlidir. Tərtər camaatı özünün zəhmətkeşliyi, mübarizliyi, qəhrəmanlığı ilə seçilir. Bu o camaatdır ki, 1990-cı illərdə, ən ağır zamanlarda düşmənə bir qarış torpaq verməyib. Bu camaatın təmsilçisi haqqında Nevzorov deyirdi ki, mənim həyatımda gördüyüm ən cəsarətli adam azərbaycanlı olub. Bunu rəhmətlik Milli Qəhrəman Vəzir Orucov haqqında deyirdi…”

Buna da bax:​ YAP HAKIMİYYƏTİNDƏ OLAN ERMƏNİ ƏSİLLİ MƏMURLARIN

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən həftə birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.