Gözəl Bayramlı gömrükdə saxlanılıb


Əli Kərimli Hakimiyyətə müraciət edib: “Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”

Bu barədə məlumatı  müxalifət lideri Əli Kərimli öz facebook səhifəsində yayıb

“Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar”.

Gözəl Bayramlı ilə əlaqə saxlamaq mümkün olmayıb.