“Bu həbsin sifarişi birbaşa İlham Əliyevdən gəlib”


Əli Kərimli müavini Gözəl Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsinə dərhal reaksiya verib O, feysbuk səhifəsində yazıb:

0580966b-6d27-47e5-91a6-79b3dc00a25e_cx11_cy6_cw89_mw1024_mh1024_s

 

Möcüzə baş vermədi. Gözəl xanım haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Gecə saat 12-də də məhkəmə olar? Təkcə bu fakt sübut etmir ki, Gözəl xanımın həbsi sifarişlidir və bu sifariş birbaşa İlham Əliyevin özündən gəlib?

Gözəl xanımın həbsi qanunsuz, anti-insani və ləyaqətsiz hərəkətdir. Bizim bu həbsə cavabımız nə olmalıdır?

Susmaq, zalımlara itaət etmək, vəziyyətlə barışıb, ölkənin xilasından vaz keçmək, ölkəni tərk etmək bizim üçün seçim ola bilməz.

Bu situasiyada ölkəni gerçəkdən sevən, Vətənin, millətin xoşbəxt gələcəyi üçün mübarizə aparanların tək bir seçimi var. Cəmiyyətin müqavimətini gücləndirmək, mübarizənin sosial bazasını genişləndirmək, demokratik qüvvələr arasında daha çox həmrəyliyə nail olmaq və daha çox, daha kütləvi, daha qətiyyətli mübarizəni təşkil etmək! Edəcəyik!