Azərbaycan xüsusi xidmət organları Gürcüstanda müxalifət fəallarını hədəf alıb


 Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.

Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur”

Bununla baglı redaksiyamız olduqca maraqlı bir məlumat əldə edib.Məlumatda bildirilir ki,Azərbaycan Baş Prokurorlugu Gürcüstanda mühacir həyatı yaşayan Vidadi İskəndərlinin araşdrmacı jurnalıst Əfgan Muxrarlının  və Azadlıq partiyasının gənclər təşkilatının sədri Məmməd Məmmədovun həbs olunub Azərbaycana gətirilməsi üçün DTX -ə rəsmi müraciət edib.

Məlumatda Gürcüstan xusisi xidmət departamentinin Vidadi İskəndərlinin yaşayış  ünvanının artıq Azərbaycan tərəfinə bir neçə ay bundan öncə verildiyi bildirlir.

Məlumatda siyasi baxışlarına görə Gürcüstana sıgınmış ,  Azərbaycan vətəndaşlarının bir coxunun ( hüquq müdafiəçiləri və jurnalıstlərin) yaxın günlərdə Azərbaycana tutulub təhvil verilməsi bildirilir.

Belə ki,adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumatda bildirlir ki, bununla baglı Azərbaycan tərəfi Gürcüstan höküməti qarşısında şərt qoyub və Gürcüstan hökuməti şərti qəbul edib.

Gürcüstan bunları etmədiyi halda Socarın və digər enerji layihələrinin ,enerji daşıyicılarının gaz.benzin və s)qiymətinin yenidən baxılması şərti qoyulub.

Fuad Agayev