Əliyev zümrəsinin Avropada diplomatik korpusumuzdakı  sərgüzəştləri


Bu bina Bratislava şəhərinin ən mərkəzi və  çox bahali küçələrindən biri sayilan”Jidovskaya namesti” (Yəhudi meydani) küçəsinde yerləşir.

Ön tərəfdən binani şəhərin mərkəzi meydani sayilan”Dborets Grassalkoviçey” meydani əhatə edir, arxa tərəfdən isə binadan Dunay çayina gözəl bir mənzərə açilir.

Bina 5 mərtəbədən və 148 mənzildən ibarətdir. Binanin birinci mərtəbəsi bahali restoran ve gecə baridir, barin içində isə kazino və strıptiz klub yerləşir.

Binanin 100 mənzili VİP Hotel şəkilində varli Xarici turistlərə xidmət edir, 48 mənzili isə, şəxsi heyəti texniki personallarla birlikde cəmisi 18 nəfərdən ibarət olan, “AZƏRBAYCAN RESPUBLIKASININ SLOVAKYADAKI SƏFİRLİYİNƏ” ayi cəmi  €240 min Avro!!!!!!! giymətinə  kirayə verilmişdir.

Redasiyamızın elektron ünvanına məlumat yollayan şəxs bu əzəmətli və çox bahali binanın “Treyd İnterneşinel” kompaniyasının balansında olmasını və , bu şirkətin  isə  ARİF PAŞAYEVə aid olundugunu israrla məktubda iddia edir.

Məktub yazan şəxs  2006-2011-ci illərdə Slovakiya’da Azərbaycan  səfirliyində işləmiş diplomat S.V. cənablarıdır.Öz yazdıgına görə o artıq Slovakiya vətəndaşıdır.

Yazını sizlərə olduğu kimi təgdim edirik.

2006-ci ildə Azərbaycan’ın Slovakyada yerləşən səfirliyinə   diplomat təyin edildim.Səfirliyin muhasibat və uçot işlərini  aparmagı mənə tapşırdılar. Bir gün aylig hesabat apararkən bir fakt  aşkara çıxardim

Səfirlik yerləşən binanin 48 mənzili Azərbaycan səfirliyinə  kirayə verilib.

Çaşib galdim, axi  necə ola bilər ki,şəxsi heyəti cəmisi 18 nəfərdən ibarət olan kiçik bir diplomatik korpusun bu gədər mənzil nəyinə lazimdir? Özü də hər ay səfirlik, binanın sahibi olan “Treyd İnternational” şirkətinə €240 min avro!!!! pul keçirir?. Halbuki otagların 30-dan çoxunun gapisi heç  açılmır?Bu nə biabırçılig, bu nə dəhşətdır?

Sənədləri götürüb o vaxtki səfir Fuad İsmayilovun yanina getdim. Doğrudur bu işlərlə konsulun katibi Emil Həsənov  adlı birisi məşğul olurdu, lakin Emil’in anası ermənı olduğunu bildiyimdən onunla məsləhətləşməyi özümə  layig bilmədim.

Səfir Fuad İsmayilovla görüşdüm sənədləri ona göstərdim.

Səfirin  sözü  mənə  gısa oldu:

Get başını aşagı sal sənə tapşırılan işlərlə məşgul ol…!!!

Bundan sonra “Treyd İnternational” şirkətinin kimə məxsus olmasını araşdirmağa başladım və mənə məlum oldu ki, bu şirkət Əliyev zümrəsinə yəni qaynata Arif Paşayevə məxsus imiş.

 Bina 2004-cü ildə kadastr giyməti €942,000,000 avro ( dogguz yüz girx iki milyon) migdarinda olan Bratislava Meriyasindan 99 il müddətinə kirayə alınmışdır. Təsəffür edə bilirsinizmi YAP hakimiyyəti  öz binamızı da özümüzə astronomik giymətə arendaya vermişdilər!!!!!

O vaxtlar idi ki, səfirliklərdə  əsil dərəbəylik qanunlari hökm sürürdü. Hər ay €5000 ( beş min) avro maaşa gol çəkirdik, lakin bizə  €1000 avro ( min avro) maaş verilirdi.  Personala tibb sıgorta belə verilmirdi. Başga səfirliklərin işçiləri əllərində tibbi sigorta diplomatik korpus xətti ilə növbəsiz həkimlərin kabinetlərinə girəndə, biz utana-utana növbə gözləyirdik. Artıq  Azərbaycan vətəndaşi olmağımdan utanırdım.

Başqa  ölkə səfirliklərinin balanslarında  5-6 xidməti nəqliyyat vasitələri  oldugu halda , bizim diplomatik korpusun isə cəmi bır  avtomobili vardı və ondan da yalniz səfir Fuad İsmayilov istifadə  edirdi. Digər işçilər isə hətta, diplomatik poçtani daşıyanda belə ictimai transportdan istifadə edirdilər, bu isə Beynəlxalg diplomatik missiya qanunlarına  tamamilə zidd idi.

Söhbətdən kənara çıxmaq istəyirəm, xatırlayırsınızsa  2009 -cü ildə Moskova’da faşist-skenxetler şəhərin merkəzində bir neçə Azərbaycan vətəndaşlarını döyüb qətlə yetirmişdilər. 

Xəbəri eşidən kimi təcili Azərbaycanın Moskovadakı diplomatik korpusuna  zəng etdim. Oradaki səfirlik əməkdaşı belə bir hadisənin baş verdyini təstiq etsədə bu hadisənin yayılmasının Azərbaycan-Russiya münasibətlərə xələl gəlməsindən ehtiyat edərək rəsmi açıklama vermədiklərini bildirdi.

Medya və KİV-vasitələri bu haqda heç bir məlumat vermirdilər.

Azərbaycanda XİN-də işləyən bir dostumu telefonla aradım oda eyni sözleri mənə təkrar etdi. 

Səfirlikdə həyəcan signalı galdırdım, tələb etdim ki, yığışıb Russiya səfirliyinin garşisina gedək və demarş keçirək, bütün dünya ictimaiyyətinə bu faciəni çatdırag.

Mən həmin gün bu xəbəri Avropadakı bəzi təşkilatların nəzərinə çatdıra bildim

Bu məsələdən cəmi 1 gün sonra səfir Fuad İsmayılovun kabinetinə girəndə gördüm ki, Rusiyanin Slovakyadiyadaki o vaxtki konsulu Sergey Kolesnikov Fuad İsmayilovun otağındadir.

Russyalı  konsul bizim səfirin üstünə qışqırırdi. Kolesnikov tələb edirdi ki, Azərbaycan səfirliyi təcili depeşa hazırlasın ,Slovakiya XİN-nə məlumat verilsin ki, bu məlumat yalandır,Moskova’da heç bir ölüm hadiəsi olmayib. 

Fuad İsmayilov isə yaltagcasına “Da, хорошо, будет сделано” (oldu, yaxşi, edəcəyik mütlek) Amma səfir Fuad İsmayilovun sözləri məni lap ildərım  kimi vururdu; 

Mənə müracıət edərək “Быстро приготов опровержение” (tecili təkzib, inkar  hazirla) -dedi. 

Dedim – “Siz nə danışırsız  bizim millətimizi Moskova’nin mərkəzində öldürürlər, biz isə inkar etməliyik?

  2  saat sonra deşepa protokolu hazırlandı və Slovakiya XİN-nə təgdim edildi. 

Təgdimatda yazılmışdır ki, Azərbaycan və Russiya xalqları tarixdən qardaş xalglardır və yayılan bu cür yalan məlumatlar yalniz bizim Azərbaycan Russiya dostlugunun pozulmasina xidmət edir. 

Moskova’da Azərbaycanlılara qarşı heç bir ölüm hadisəsi olmayıb və bu dezinformasiya xüsusi xidmət organlarının bizim qardaş xalglarımızın birliyinə garşı yönəldilmiş növbəti təxribatdır.

Depeşani Slovakiya XİN-nə konsulun müavini, Emil Həsənov təgdim etdi.

Bütün gecəni hönkür-hönkür ağladim. Görün Əliyev hakimiyyəti öz çirkin niyyətli siyasəti ilə bizi nə günlərə goyub, Ruslar bizi  öldürürler, biz isə baş vermiş hadisəni dünyaya təkzib edirik.

Əsil biabırçilık bundan sonra başladı…….
Ardi var,bizi  izləyin

PS:Yazılanlar  redaksiyamızın fikirləri ilə üst üstə düşməyə bilər.

Qarşı tərəfin fikirlərini də öyrənməyə hazırıq.

Facebook kanalımıza abunə olun ən maraqlı məlumatları bizdən oxuyun http://www.facebook.com/euroasianewsorg