Baş Prokurorlugun içində vətəndaş özünü yandırdı


Hadisə zamanı Prokurorluğun mühafizə polisi də xəsarət alib

Mayın 30-da saat 13.00 radələrində Respublika Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırıb. Bu barədə “Azadlıq.info”ya məlumat verən mənbə bildirib ki, intihara cəhd edən şəxs Ağdam rayon sakinidir. O, prokurorluğa da Ağdam Rayon İcra Hakimiyyətindən şikayətə gəlibmiş.
Mənbənin sözlərinə görə, vətəndaş prokurorluğun problemə münasibətini görəndən sonra bezib və özünü öldürmək qərarına gəlib. O, plastmas butılkada özü ilə gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb.
Əldə etdiyimiz məlumata görə, hadisə Baş Prokurorluğun qəbul şöbəsində baş verib. Qəbul şöbəsindəki Vahid adlı mühafizə polisi də hadisə zamanı xəsarət alıb. Onun yanan vətəndaşa kömək etmək istədiyi, bu zaman özünün də üzünün yandığı bildirilir.

Şahidlərin dediyinə görə qəbul otagını kabinetindən video kamera ilə izləyən  baş prokuror Zakir Qaralov qəbul otagına gəlib və hadisəni görən kimi oradan dərhal uzaqlaşıb
Dərhal yanan vətəndaşın əynindəki paltarlar çıxarılıb, onu prokurorluğun binasına aparıblar. Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb.