Ermənistan kəşfiyyatının Bakıdakı əməliyyatı FOTOFAKT


Bu layihəyə çox ünlü azərbaycanlılar necə qoşulublar?

2016- cı ilin dekabr ayında Bakıda hüquq müdafiəçisi adı ilə təqdim edilən bir qrup erməni və Azərbaycanlı hüquq müdafiəçisi Azərbaycan- erməni Sülh platfprması adlı bir şey yaratdılar. Etiraf etmək lazımdır ki, bu platformanın yaradılmasını Azərbaycan cəmiyyətinin eynini açmadı. Heç xüsusi ajiotaj da olmadı, xüsusi müzakirə predmeti də olmadı. Seyrək reaksiyalar oldu. Bəzi jurnalistlər üzə düşüb bu platformanı uğurlu təşəbbüs adlandırdılar, bəzi hüquq müdafiçiləri, hətta millət vəkilləri də çaş-baş qaldılar ki, bu Platformanın harasında hansı şəkildə durmaq olar…

Məsələn, millət vəkili Zeynəb Xanlarova əvvəlcə bu Sülh platformasına qoşulduğu barədə xəbər yaydı, üstündən bircə gün keçəndən sonra isə parlamentdə çıxış edib bildirdi ki erməniləri müharibə ilə qovmaq lazımdır, onlar müharibə görməsələr işğal etdikləri ərazilərdən çıxıb getməyəcəklər. Görünür, Zeynəb xanıma, eləcə də həmin təşəbbüsə imza atan başqalarına da izah etməmişdilər ki, «Sülh platforması» nədən ötrüdür, nəyə və kimə lazımdır.

Bu, «sülh platforması»nın bir tərəfində Azərbaycanlı hüquq müdafiəçiləri, o biri tərəfində isə Ermənistandan və Dağlıq Qarabağdan xüsusi olaraq gətirilən hüquq müdafiəçiləri kimi təqdim olunan adamlar dayanırdı. Bizim tərəfdən olan hüquq müdafiəçilərinin bir çoxlarını bizim cəmiyyət tanıyır. Amma Ermənistandan gətirilən hüquq müdafiəçilərini oralarda tanıyanlar yox idi, deyəsən. Həm də, Ermənistandan olan Sülh Platformaçıları Ermənistanda yaşamırdılar. Onları Bakıya gətirib yerləşdirirdilər, evlə, əla maaşla təmin edirdilər, Ermənistanda onları «vətən xaini» kimi təqdim edirdilər və bizim pasifistlər də bu «vətən xainləri» ilə bir masaya oturub onlarla birlikdə sülh platformasını bərkitmək işinə girişmişdilər. Sülh Platformasının Ermənistan təmsilçilərinin komandiri Van Martirosyan idi. Onu, hüquq müdafiəçisi kimi təqdim edirdilər, amma az əvvəl qeyd etdiyimiz kimi, Ermənistanda belə bir hüquq müdafiəçisi qeydə alınmamışdı.

Sonra, o, başqalarının da gətirilməsinə yardımçı oldu. Azərbaycanlı qocaman hüquq müdafiəçilərindən biri hətta özünü saxlaya bilməyib etiraf etmişdi ki, onlar «erməni hüquq müdafiəçilərini» Tbilisidə ovlayıb Bakıya gətirirlər. Təkrar edirik ki, bizim cəmiyyətə heç zaman aydın olmayıb: bu Sülh Platforması adlı təşəbbüs, doğrudan da, kimə və nəyə lazımdır? Bu sual hələ də havadan asılı qalıb… Bilmək olmurdu, bu Platforma daxili ictimai rəy üçün yaradılır, yoxsa, beynəlxalq ictimai rəy üçün. Əgər daxili ictimai rəydə «ermənilər də Azərbaycana köçür, çünki bizim ölkəmizdə həyat səviyyəsi yüksəkdir, onlar isə acından ölürlər» effektinə hesablanmışdısa, əbləh təbliğat cəhdi idi. Çünki, azərbaycanlılar öz ölkələrində həyat səviyyəsini yaxşı bilirlər, hətta ildə onların 500- 600 nəfəri də həmin «yüksək» həyat səviyyəsinə görə intihar edirlər. Beynəlxalq ictimai rəy üçün də belə əcayib təbliğat mexanizmini yaratmağa dəyməzdi. Çünki, ortalıqda, hər iki tərəfdən olan tanınmış ictimai xadimlərin təmsilçiliyi yox idi.

Nəhayət, bu təşəbbüs partladı və Sülh Platforması da çat verdi.

6-7 ay bundan əvvəl Bakıda onun üçün ayrılmış xudmani mənzildə ayağını ayağı üstə aşıraraq açıqlamalar verən, Sülh Platforması təşəbbüsünün əsas simalarından, necə deyərlər «qurucu üzvlərindən» biri olan Van Martirosyan qəzəblə bildirirdi ki, «əgər sülh layihəsi alınmasa, qəzəblənmiş erməni xalqı quldur Köçəryan- Sarkisyan rejimini devirəcək və onları cəzalandıracaq». Qəzəb xə qan qoxuyan bu qorxunc ifadələri Azərbaycanın hakimiyyət yönlü xəbər portalları da gen- bol yayır və Azərbaycan xalqına şüuraltı olaraq izah etmək istəyirdilər ki, «İlham Əliyev regionun ən qüdrətli prezidenti kimi Ermənistanda məxməri inqilab hazırlayır»… Şübhəsiz, bülə bir effekt də nəzərə alınırdı.

Amma proses qırıldı. Van Martirosyan, «Sülh Platformasının qurucu üzvü» Azərbaycanı tərk edib Ukraynaya getdi və orada Odessa şəhərində məskunlaşdı. Bu köçün sirrləri heç kimə bəlli olmadı. «Sülh Platforması»nın fəaliyyəti ilə bağlı xəbərlərə tamarzı qalan xalqımıza izah edilmədi ki, Van Martirosyan niyə Azərbaycanı, Bakını bəyənməyib Odessada yaşamağa üstünlük verdi? Busullara isə bu günlərdə Van Martirosyanın özü cavab verib. Əlbəttə, bizim vasitəmizlə deyil, birbaşa internet imkanlarından yararlanmaqla özünün mənsub olduğu Ermənilərə izahat verib ki, bu Bakı avantürası, Sülh Platforması kimi layihələrin arxasında hansı macəralar dayanırmış. Martirosyanın sözlərindən belə çıxır ki, o, Bakıya Ermənistan xüsusi xidmət orqanlarının rezidenti kimi gəlibmiş. Bizim qocaman və gənc hüquq müdafiəçiləri, eləcə də bir qrup sayğılı və dəyərsiz jurnalistlər qrupu hesab edirdilər ki, Martirosyanın Bakıya gəlişi, eləcə də o biri ermənilərin ki, Martirosyandan sonra gəliblər, bunların hamısı üçün səfər projeləri Azərbaycan mənşəli təşəbbüslər olub. Amma Martirosyan açıq aşkar Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə gəldiyini deyir… Lənət sənə kor şeytan ! Bunların hansına inanaq ? Ümumiyyətlə bu tərəflərdən hər hansına inanmağa dəyərmi ? Dəyməz, əlbəttə, buna görə də üçüncü tərəfə müraciət etmək lazım gəlir. Hələlik, bizim üçüncü tərəfə müraciət edib xəbər almaq imkanlarımız məhduddur. Amma üçüncü tərəfə dəxli olan mənbələrdən biri deyir ki, Sülh Platformasına İsveçrədən qtılmış bir erməni hüquq müdafiəçisinin evini də Azərbaycanın hesabına yüksək səviyyədə təmir ediblər. O birilər üçün də Bakıda hər cür təminat yaradılıb. Van Martirosyanın çıxışında yer alsa da- almasa da bu layihənin bahalı layihə olduğu şübhəsizdir. Üstəlik,Martirosyan deyir ki, bu layihənin işində görükməyən başqa bir adam da var ki, aşkar üzvlərin hamısı ona hesabat verirlər, həmin adam Ermənistan tərəfdəndir, Bakıya daha artıq gedib- gəlir və sairə və ilaxır… Bu açıqlamarı tapıb dinləyin. Orada çox maraqlı ifadələr var.

Əlbəttə, Ermənistandan idxal edilən bu hüquq müdafiəçiləri və jurnalsitlər dəstəsinin əsas məşğulluq mərkəzi olan haqqin.az saytı dərhal elan edib ki, Martirosyan erməni xüsusi xidmət orqanlarının nəzarətinə kçeib. Amma bəlli deyil; Martirosyan həmin nəzarətin altına Bakıya gəlməmişdən nə qədər zaman əvvəl keçib və onun Bakıya səfəri də həmin xüsusi xidmət orqanlarının planı deyildi ki? Bu sual açıqdır. Biz bu sualın cavabını bilmirik, amma belə bir sualın var olduğunu bilirik…

Amma bu cür sualların cavabı ola biləcək bir mükalimə var ki, onu oxucularımıza təqdim etmək istərdik. Bu, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altına keçdiyi elan edilən Van Martirosyanın Azərbaycan tərəfdən həmkarı olan Eynulla Fətullayevlə yazışmasıdır. Tamamilə məsuliyyətlə bildiririk ki, bu yazışmanı bizə Azərbaycan xüsusi xidmət orqanlarının babat rütbəli bir əməkdaşı təqdim edib. Ona təşəkkür edirik və hesab edirik ki, bu yazışma Ermənistan vətəndaşı, Ermənistan xüsusi xidmət orqanlarının agenti olaraq «hüquq müdafiəçisi» adı ilə Bakıya dalmış Van Martirosyanla hələ də «erməni agenti» elan edilməyən o biriləri arasında fərqi müşahidə etmək üçün yaxşı materialdır…Yeri gəlmişkən, bu yazılı mükalimədə, Van Martirosyanın «yıxıb sürüyən», onu qeyri- ciddi adam, siyasətdən qanmayan siyasətçi, jurnalistikadan heç nə anlamayan jurnalist adlandıran Suzan Caginyan haqqında da bəzi fikirlər var. Bu yazışmalardan bəzilərini təqdim edəcəyik, hamısını deyil. Əsasən, 3 qrup üzrə yazışmalar gedib.

«Ö küçük sənə görə başı ilə cavabdehdir»

Birinci qrup yazışmalarda Azərbaycanın Ukraynadakı səfiri haqqında diplomatik sayılmayacaq ifadələr yer alır və bəlli olur ki, cənab Eynulla Fətullayev həmin səfirin birbaşa rəisidir… Bu sərt ifadələrə görə, səfridən üzr istəyirik və xatırladırıq ki, bu bizim qənaətimiz deyil, başqalarının onun haqqında qənaətidir və həmin başqaları erməni kəşfiyyatçılarla söhbətlərlə onu bu cür xatırlayırlar: «küçük» və bu qəbildən olan sözlərlərlə…

«Bu … bizi boğaza yığıb»

İkinci qrup yazışmada Martirosyan və Fətullayev indi də Bakı redaksiyasında işləyən Suzan Caginyanı dolayırlar, onun kaprizləri haqqında səmimi olmayan fikirlərini bölüşürlər. Kollektivin daxilindəki ifadə tərzi bizi o qədər də maraqlandırmır…

«Səni Yerin dibindən də qazıb çıxararıq»

Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair… Görünür, Van Martirosyana artıq qəti tapşırıq gəlib ki, əməliyyatı dayandırıb Azərbaycandakı oyununu başa vursun. Ən azı, Martirosyanın Azərbaycan xüsusi xidmət orqanlarını və ya «isteblişmenti» dolayıb aradan çıxdığı zamanların hikkəsi var bu yazılarda…

azadliq.info