“Skype”, “Viber”, “WhatsApp”-dan istifadə mümkünləşdi amma …..


Azərbaycanda onlayn kommunikasiya proqramlarına qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu barədə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib

Amma bu dəfə Azərbaycanda internet istifadəçiləri  internetin sürətinin hakimiyyət tərəfindən , qəsdən  minumuma endirilməsindən şikayət edir.

İnternet istifadəçisi Nurlan qeyd edir ki, o hər ay aylıq  20 AZN ödəyərək 6 mg/bt sürətdə internet paketi aldıgı halda ,faktiki ona verilən internet sürəti bu günlərdə 100 kbt/s təşkil edir.

Bu cür internet sürəti ilə sadə internet səhifəsini acmaq üçün 20 dəqiqə gözləmək lazımdır.

Oxucumuz hökümətin bu işini  azad mətbuata  və xalqa basqı qimətləndirir.

Hökümət əhaliyə verilən  internetin  sürətini qəsdən aşagı salmaqla,  əhalinin ölkədə baş verənlərlə baglı  məlumat almasının qarşısını almış olur