Tblisidə siyasi mühacir Vidadi İsgəndərliyə hüçüm olunub


 Hücum edənlərin şəxsiyyəti məlum deyil və Gürcüstan Daxili İşlər Nazirliyinin,Respublika prokurorluğunun əməkdaşları Vidadi İsgəndərlidən izahat alıblar. 

Onun sözlərinə görə, hadisə saat 16.30 radələrində yaşadığı mənzilin qarşısında baş verib.

Hüquq müdafiəçisi həkimlər tərəfindən müayinədən də keçirilib. O qeyd edib ki, bu hadisə onun həyatına qəsd etmək məqsədilə törədilib. 

“Beynəlxalq təpkiyə baxmayaraq Azərbaycan kriminal hakimiyyəti hüquq müdafiəçilərinə qarşı cinayət əməllərində əl çəkmək niyyətində deyil.” – deyə V.İsgəndərli bildirib.

Gürcüstan DİN və Baş prokurorluğunun verdiyi məlumata görə araşdırma aparılır və hüquq müdafiəçisinə hücum edən şəxslərin axtarışına başlanılıb. Artıq bu barədə Tiflisdə yerləşən beynəlxalq təşkilatlara da məlumat verilib. Mövzunu gündəmdə saxlayacağıq.

Bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumata görə, hazırda Tiflisdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərliyə iki nəfər hücum edib. 

Bu barədə hüquq müdafiəçisinin qohumları məlumat verib. Məsələ ilə əlaqədar V.İsgəndərlinin özü ilə əlaqə saxladıq və hüquq müdafiəçisi faktı təsdiq etdi.

Həcər ABASOVA