Ölkədə siyasi savaş deyil,milli savaş gedir


Bundan əvvəlki çıxışlarında Azərbaycan prezidenti İlham Əliyev müxalifət üzvlərini  anti milli ünsür adlandırmasının hər kəs şahidi olub

Fikir verin ölkəyə rəhbərlik edən bir şəxs bir tərəfdən tolerantlıqdan dəm vurur, digər yandan isə milli ayrı seçkilik salaraq qədim Oguz boylarından olan Azərbaycan Türklərini aşagılayır

Hansı ölkənin prezidenti mənsub oldugu ölkəsinin vətəndaşlarını anti milli ünsür adlandırar?

Əslinə qalarsa o düz də işarə vurur,hər kəs mənsub oldugu milləti sevər.Yüzlərlə Azərbaycan ogullarının qətlə yetirilməsi,minlərlə günahsız qardaş ,bacılarımızın həbs olunaraq zindanlara atılması İlham Əliyev Azərbaycan xalqına olan “sevgisindən” irəli gəlir.

Son günlərdə ölkədəki müflisləşmə ,xalqın hakimiyyətə qarşı artan nifrət və qəzəbindən rahatsız olan,məglubiyyəti ilə barışmayan İlham Əliyevin əsəbləri dözmədi və Əli Kərimlini həbs etdirmək arzusunu ictimailəşdirdi. Hazırda hakimiyyətin əsas ideya-təbliğat raporuna çevrilən bir saytda açıq mətnlə yazılıb ki, növbə Əli Kərimlinindir, onu da həbs etmək, onunla qurtarmaq lazımdır. Bunu Əli Kərimlinin İlham Əliyevi açıq mübarizəyə çağırmasına cavab da saymaq olar.
Ölkə daxılındə siyasi mübarizə deyil,əsil savaş gedir.Ölkə sərvətləri göz görəsi talanıb.Dövlət  xəzinəsi  3-4 ailə tərəfindən tamamılə daşınıb,boşaldılıb.Dövlətimiz quru yurtda qalıb
Bir qrup etnik, özlərini bizdən saymayıb bizə anti milli ünsür deyənlər  ,Azərbaycan pasportu altında masqalanaraq xalqımızın milli mənəvi dəyərlərini gözümüz görəsi məhv edirlər.

Dəyərli soydaşlarım bu gün ölkədə Əliyev və Paşayevlərin  ailə klan hakimiyyətinə qarşı rəşadətlə sinə gərən bir partiyanin AXCP və Milli Şuranın açıq mübarizə apardıgının hamımız şahidi oluruq.

Varmı bu iki siyasi təşkilatdan başqa Azərbayanda sülalə hakimiyyətinə qarşı cıxan siyasi partiyalar?

Adı çəkilən bu 2 siyasi təşkilatdan başqa ,Azərbaycanda qeydiyyatdan keçmiş 50 -dən çox siyasi partiya sülalə hakimiyyətini  müdafiə edir,ölkədə baş verən qanunsuzluqlara göz yumurlar.

Milli mənsubiyyətinə hörmət edən,qürurlu Azərbaycan evladlarına müraciət edirəm

Millətimizi hər addımda aşagılamaga çalışan Əliyevlər və Paşayevlər klanına tək  başına mübarizə aparan AXCP,Milli Şura ətrafında birləşin.

Bütov müxalifətin Lideri Əli Kərimliyə və görkəmli ziyalımız Professor Cəmil Həsənliyə  bu agır və çətin yolda dəstək verin.

Həsən Səftərov

Toronta,Kanada