Yeni nəsil Skype programmı istifadəyə verilib


Microsoft şirkəti Skype video söhbət proqramının yeni versiyasını yayımlayıb.

Skypenin bu  yeni  versiyada interfeys dəyişməklə yanaşı, digər populyar mesajlaşma proqramlarında olan bəzi funksiyalar əlavə olunub.
Dəyişikliklərdən biri Snapchat-ın, Instagram-ın “Hekayələr” bölməsinə bənzər“Highlight” özəlliyidir. Bu özəlliklə istifadəçilər stikerlərlə, yazılarla, smayllarla düzəltdikləri fotolarını, videolarını paylaşa bilərlər. Dostlar bu paylaşımları görə və ayrıca bir lentdə dəyərləndirə bilərlər. Instagram-dan fərqli olaraq, Skype-da həmin paylaşımlar bir həftə qalacaq.
Yeni versiyada zənglər bölməsi də yenidən dizayn olunub.  Artıq danışıqlar zamanı həm də istifadəçilərə emosiyalarla reaksiya vermək olar.
Hazırda yeni versiya Android platformalı cihazlar üçün əlçatandır. Növbəti həftələrdə iOS versiyasının da yayımlanacağı bildirilir.Windows və Mac üçün isə 10 günə hazır olacagı bildirilir