İRANA HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf alındı


Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisələr zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

img-20170607-wa0009-710x401

Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.

 

İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.

APA-nın İran bürosunun xəbərinə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.

Hazırda binada axtarış aparılır.

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.