ATƏT Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi


2017-03-03-14-17-20bey

ATƏT-in demokratik təsisatlar və insan haqları bürosunun direktoru Michael Georg Link azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Əfqan Muxtarlının oğurlanması və həbsdə onunla amansız davranma ilə bağlı məlumatlardan dərin narahatlıq bildirib.

Təşkilatın yunun 8-də yaydığı bəyantda deyilir ki,Əfqan Muxtarlı ilə amansız davranış və onun Azərbaycana qaytarılması məsələsi hərtərəfli araşdırılmalıdır.

Michael Georg Link bildirir ki, bu məsələdə hüquq-mühavizə orqanları əməkdaşları tərəfindən hakimiyyətdən istənilən sui-istifadə halları və cinayət əmməlləri araşdırılmalı, bu cür hərəkətlərə görə cavabdehlik daşıyanlar qanun qarşısında cavab verməlidirlər. (azadliq.org)