Birləşmiş Ərəb Əmirlikləri Türkiyəni təhdid etdi


Birlәşmiş Әrәb Әmirliklәri xarici işlәr naziri Әnvәr Məhəmməd Qarqaş Twitter sәhifәsindәn Qәtәrin Türkiyә vә İrandan kömәk istәmәsinә münasibәt bildirib. O bildirib ki, nә etdiyini bilmәyәn Qәtər böhranı daha da dәrinlәşdirmәsi vә 2 әrәb olmayan ölkәdәn kömәk istәmәsi, hәtta birindәn hәrbi qoruma istәmәsi böhranda yeni faciәvi vә gülmәli bir sәhifә aça bilәr.

resized_1e743-d7ac0781xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Qәtәrin rasional davranması, tәkәbbür vә inaddan әl çәkmәsi üçün yenidәn onlara sәslәnirik. Böhranı dәrinlәşdirmәklә, xarici ölkәlәrdәn kömәk almaqla özünü güclü hiss etmәk bir çıxış yolu deyil.

Çıxış yolu şәffaf vә әdalәtli olan mühakimәdir.

İran, Türkiyә, HӘMAS vә Müsәlman Qardaşları ilә tәrәf olan Qətəri bu yoldan döndәrmәyә çalışırıq.