Bazara Leyla Əliyeva ilə bağlı yeni investisiya şirkəti girir

«Xalq Kapital İnvestisiya Şirkəti» QSC 2007-ci ildə yaradılıb. Onun kapitalı 420 min manatdır. 2016-cı ilədək broker və diler fəaliyyəti ilə məşğul olub. Şirkət «Xalqbank» ASC-nin törəmə müəssisəsidir. Üç şirkətdən ibarət səhmdarları olan bu bankın sahibi Leyla Əliyevadır.

«Xalq Kapital İnvestisiya Şirkəti» QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurası qərar çıxarıb.

Qərara əsasən, şirkət əsas və yardımçı investisiya xidmətləri göstərəcək. O, qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştərilərin sifarişlərini icra edəcək, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaq.

Azadliq radiosu