Heydər Əliyevin Azərbaycan Xalqına xəyanətləri barədə rəsmi sənəd yayıldı


Zaman-zaman əhali arasında hakimiyyət əslən erməni və ya həyat yoldaşları erməni olan məmurlar barəsinde müxtəlif səpkidə xəbərlər gəzib. Bütün bunların səbəbsiz yerə olmadığı hər kəsə  bəllidir.

Hələ Heydər Əliyev də etiraf edirdi ki, bu gün Azərbaycanda 30 mindən artıq erməni yaşayır və onların sırasında vəzifələrdə çalışanlar da var.Əslində o bunu deməklə Azərbaycanda onun 30 min qardaş bacısının yaşamasına işarə vururdu

Düzdür, bununla bağlı müxalifət düşərgəsində təmsil olunan funksionerlər bir neçə dəfə danışsalar da, konkret ünvanlar göstərməyə cəsarət etməyiblər. Mümkün haldır ki, bu zaman onların çəkindikləri və ya ehtiyat etdikləri müəyyən məqamlar olub.

TİKLA BUNUDA OXU YAP HAKİMİYYƏTİNDƏ OLAN ERMƏNİLƏR

Heydər Əliyev hakimiyyət başına keçdikdən sonra öz komandasını qarışıq milliyyətli, müxtəlif cinayətlər törətmiş şəxsləri ətrafına toplamağa başladı. Belə etməkdə məqsədi onların iplərini əlində saxlamaq, hər an təsir və şantaj etməkdən ibarət olub. Əslində, ata Əliyev bununla komandasını özündən asılı vəziyyətdə saxlamağı bacarırdı.

Apardıgımız araşdırmalar və əldə etdiyimiz burada göstərilən rəsmi sənədlər tam sübut edir ki, biz Rusiya parlamentinin üzvü V.Jirinovskidən heç də narazı olmamalıyıq. O, bizi yuxudan ayıltmaq üçün demişdir ki,«Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dünyanın ən xoşbəxt ölkə başçısıdır ki, onun yeddi milyon qoyunu var.» biz azərbaycanlılar da Heydər Əliyevin kimliyi ilə maraqlanaq.


Heydər Əliyev haqda olan rəsmi sənədlərdən göründüyü kimi,  Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi etibardan və sədaqətdən sui-istifadə edərək, o, Azərbaycan xalqını sözün əsl mənasında qoyun yerinə qoyub, vəzifə səlahiyyətindən sui-istifadə edərək, istintaq və məhkəmə orqanlarından şəxsi mənafei üçün istifadə etməklə Azərbaycan xalqına qarşı kefi istədiyi dözülməz və repressiv əməlləri edib

Euro Asia News elektron poçtuna göndərilən rəsmi sənəd 1990 il 20 Yanvar hadisəsindən  7 gün sonra yəni 27 yanvar 1990 ildə Azərbaycan Baş Prokurorlugunun Dövlət Təhlukəsizlik Komitəsi istintag və  qanunlara nəzarət şöbəsinin rəisi V.A.Çudinin o zaman Azərbaycan Kommunist Partiyası MK 2-ci katibi Polyaniçkoya Heydər Əliyev haqqında göndərmiş oldugu 1 nüsxədən ibarət tam məxvi əməliyyat arayışı 1988 ildən başlayaraq Azərbaycanlılar və Ermənilər arasında  milli zəmində baş vermiş hadisələrin 20 yanvar hadisəsinin və ondan sonra baş verən hadisələrin  tam ardıcıllıgını  acıb ortaya qoymuşdur

Azərbaycan Respublikası Prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzrərində nəzarət şöbəsinin rəisi, böyük ədliyyə müşaviri Aleksandr Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməlləri ilə bağl Azərbaycan KP MK-nın ikinci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990-cı il, № 13/8186. 43-cü səhifədə bu arayışın başlanğıcı və sonu verilmişdir.) göstərir: «20 yanvar 1990-cı il tarixli dövrdə, istintaq briqadasının qısa müddətli gərgin əməyi nəticəsində Heydər Əliyevin 70-80-ci illərdə, Azərbaycan KP birinci katibi və Sov.IKP MK Büro üzvlüyünə namizəd olduğu dövrdə vəzifəsindən sui-istifadə etməklə əlaqədar 116 fakt üzrə cinayət işi qaldırılmışdır… Habelə, Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması subut edir: onun (Heydər Əliyevin) anası milliyyətcə ermənidir».

Böyük ədliyyə müşaviri Aleksandr Çudin Ramiz Mehdiyin də ana tərəfdən Heydər Əliyevin qohumu oldugunu əməliyyat arayışında qeyd etmişdır«Virtualnıy monitor» jurnalının internet saytında 02.06.2002-ci ildə I.Şeyxzadə «Heydər Əliyev. Diktatorun psixoloоi portreti» adlı məqaləsində yazır: «Heydər Əliyev doğulanda vicdanı öldü. Həm də o, nəinki ancaq uşaqda, hətta sonralar onunla ilgisi olan hər kəsdə öldü.»
Moskvada ingilis dilində çıxan «Moskva Tayms» qəzetinin müxbiri Klo Arnold qəzetin 26 fevral 2002-ci il tarixli sayında «Əliyevin sağlığına erməni konyakı» başlıqlı yazısında, Qarabağa səfər təəssüratlarını qələmə almışdır. Bu yazının tərcüməsi «Yeni Müsavat» qəzetində (6 mart 2002-ci il, № 61) dərc olunmuşdur. K.Arnold yazır: «Şuşada analıq yaşında olan Regina adlı bir qadın mənə müharibə zamanı bir azərbaycanlı öldırdüyünü və «bu torpağın heç zaman Azərbayucana qaytarılmayacağını» dedi: Əgər belə etməsək, onda niyə mən qardaşımı və oğlumu müharibədə itirmişəm»» Sonra K.Arnold yazır: «Heydər Əliyevin yaşının 80-ə yaxınlaşması ilə bağlı xüsuisilə də Ermənistanda belə bir narahatlıq var ki, siyasi səhnəyə ondan daha güzəştsiz şəxs gələ bilər. Odur ki, Iosif «elə bilirəm biz Azərbaycan prezidentini azərbaycanlılardan da çox istəyirik» – deyəndən sonra biz qədəhlərimizi onun sağlığına toqquşdurduq.»
Mərhum akademik I.Mustafayev Heydər Əliyevin təkrarən respublika rəhbərliyinə gələndən sonra yaramaz kadr siyasətini və qisasçılıq əməllərini yenidən təkrar etdiyini, o biri tərəfdən də şəxsiyyəti haqqında yeni məlumatların üzə çıxdığını, üstəlik, Heydər Əliyevin qardaşı Cəlal Əliyevin ona qarşı ədalətsizliklərini görüb vaxtında Heydər Əliyevə arxa olub, onun işdən qovulmasının qarşısını aldığına, vəzifə pillərinə qalxmasına lazımi köməklik etdiyinə görə peşiman olduğunu söyləmiş, həm də Azərbaycan xalqı qarşısında özünü günahkar sayıb, buna görə mənəvi əziyyətlər çəkdiyini bildirmişdir.

Böyük ədliyyə müşaviri Aleksandr Çudinin Polyaniçkoya yazmış oldugu əməliyyat arayışını oxuyandan sonra belə nəticəyə gəlmək olur ki, zaman zaman Azərbaycan Xalqına ulu öndər kimi sırınmış birinin  məzarı önündə Azərbaycanlılara baş əydırmək  əslində Ermənilərin Azərbaycanlılar üzərində tam qələbəsi kimi başa düşülür .Məsələnin mahiyyətini anlamaq o qədərdə çətin deyil.

Bu rəsmi deyilməsədə artıq əldə olunan rəsmi sənədlərdən Heydər Əliyevin kim oldugu açıq aşkar dunya ictimaiyyətinə məlum olmaqdadır