İyun ayının 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib


İyun ayının 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə yaranmış sosial-siyasi vəziyyət, siyasi məhbus problemi, AŞPA məruzəçiləri ilə görüşün nəticələri, AXCP-yə qarşı aparılan repressiya siyasəti, partiyanın sədr müavini Gözəl Bayramlının qanunsuz həbsi, jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanması ətrafında son günlər açıqlanan yeni təfərrüatlar və digər məsələlər müzakirə edilib. Müzakirələr zamanı qeyd edilmişdir ki, sosial-iqtisadi vəziyyətin son vaxtlar daha da ağırlaşması əhalinin yaşayış və həyat şəraitinin pisləşməsi ilə müşayiət edilir. Çıxışlarda bu istiqamətdə effektli tədbirlərin görülməməsi, maliyyə-iqtisadi böhrandan çıxışla bağlı hökumətin aydın bir proqramının olmamasından ciddi narahatçılıq ifadə edilmişdir.

061500002377

Koordinasiya Mərkəzinin toplantısında Sumqayıt şəhəri və onun ətrafında uşaqların kütləvi şəkildə sudan zəhərlənməsini səlahiyyətli orqanların öz işlərinə məsuliyyətsiz yanaşmasının yanaşmasının aydın təzahürü kimi qiymətləndirmişdir. Müzakirələrdə belə halların müvafiq dövlət orqanlarında geniş yayılmış korrupsiya, işə biganə münasibət və əlaqədar təşkilatların bacarıqsızlığından irəli gəldiyi qeyd edilməklə yanaşı, yüksək hakimiyyət dairələrinin 200-ə yaxın uşağın kütləvi zəhərlənməsi kimi acınacaqlı hala laqeyd münasibəti də qınanmşdır.

Koordinasiya Mərkəzinin toplantısında Milli Şuranın sədri Cəmil Həsənli və qurumun KM-nin üzvü, AXCP sədri Əli Kərimli siyasi məhbus və qanunsuz həbslərlə bağlı AŞPA məruzəçiləri ilə keçirilmiş görüş barədə toplantıda məlumat vermişlər. Müzakirələr zamanı ölkədə siyasi məhbusların sayının 150 nəfərdən çox olması, AXCP-yə qarşı saxta cinayət işlərinin quraşdırılması, partiya sədrinin müavinlərinin, partiya rəhbərliyinə daxil olan şəxslərin (Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim və digərləri) siyasi mülahizələrə həbs edildiyi, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetrilməməsi, REAL lideri İlqar Məmmədovun və N!DA gənclər hərəkatının fəalı İlkin Rüstəmzadənin və Elgiz Qəhrəmanov, şair Tofiq Həsənli, tanınmış bloqçu Mehman Hüseynovun, Rəşad Ramazanovun qərəzli şəkildə həbsdə saxlanması, bloger Mehman Qələndərovun timsalında təqsirləndirilən şəxslərin istintaq prosesində müəmmalı şəkildə həyatlarını itirməsi, heykəl məhbusları Bayram Məmmədov və Qiyas İbrahimova cəzaçəkmə yerində göstərilən qərəzli münasibət, Müsəlman Birliyi hərəkatının rəhbəri Tale Bağırzadə, onun müavini Elçin Qasımov və digər Nardaran dindarlarına qarşı uydurulmuş saxta ittihamlardan narahatçılıq ifadə edilmişdir.

Koordinasiya Mərkəzi saxta ittihamla həbs edilmiş, uzun müddət müalicə alan, cərrahiyə əməliyyatı keçirmiş AXCP sədrinin müavini Gözəl xanım Bayramlının dərmanlarının ona verilməməsini anti-humanist addım kimi qiymətləndirmiş və bu anti-əxlaqı hərəkətdən hiddətini ifadə etmişdir. Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunan hüquqşünasların, vəkillərin fikrincə hazırda Gözəl Bayramlının həbsdə saxlanması qanunsuz xarakter daşıyır və onun əməlində hansısa bir cinayət tərkibi yoxdur.

Koordinasiya Mərkəzinin toplantısında AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədliyə törətmədiyi əmələ görə dövlət ittihamçısının 7 il iş istəməsi ölkədə hüquq sisteminin hansı acınacaqlı vəziyyətə düşməsi kimi qiymətləndirilmişdir. Çıxışlarda qeyd edilmişdir ki, saxta Gülənçi ittihamı ilə həbs edilmiş Fuad Əhmədli həmin ittiham ifşa olunduqdan sonra digər bir saxta ittihamla üzləşməli olub və indi yalnız kiminsə telefonunda konturun olub-olmaması məlumatını verdiyinə görə ona 7 il iş istənilir. Halbuki, məhkəmə araşdırılması zamanı heç bir şahid onun əleyhinə ifadə vermədi. Ölkənin dövlət orqanlarında hər ay 30 min manat paket alıb bunu öz ifadəsi ilə təsdiq edən adamlar hələ də nazir müavinləri işlədikləri halda, YAP-ın rəhbərliyinə daxil olan şəxs keçmiş MTN işçilərinə 3 milyon rüşvət verməsini əskinasların tərkibinə, həmin pulu oğlu və kürəkəninin hansı nömrəli maşınla bilavasitə kimə vermələri barədə açıqlama verdiyi halda heç bir hüquqi tədbir görməyən prokurorluq yalnız hansısa bir nömrədə konturun olub-olmaması məlumatını verdiyinə görə indi gənc bir oğlana 7 il iş istənilir. Belə absurd tələb yalnız Fuad Əhmədlinin AXCP üzvü olması ilə bağlıdır. Bəlkə vəzifəli şəxslərin rüşvət almağa və verməyə görə cəzalandırılmasın nəzərdə tutan müvafiq maddələr cinayət məcəlləsindən çıxarılıb?

Koordinasiya Mərkəzinin toplantısında AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı aparılan məhkəmə prosesinə də münasibət bildirilmişdir. Onun Gülən şəbəkəsinin imamı elan olunması, “Azadlıq” qəzetinin nəşri və yayımı ilə bağlı saxta ittiham əsasında günahlandırılması, xəstəlikdən əziyyət çəkdiyi halda elementar tibbi yardım ala bilməməsi müzakirələr zamanı pislənilmişdir. Ölkədə iri həcmli rüşvət və korrupsiya faktlarının ortada olduğu halda, yalnız bir təqvim ilində bir şirkətin xarici banklara bir milyard dollar gizli vəsait keçirib sonra da əyri yollarla 31 milyon vergi ödəməsindən azad edildiyi halda, 10-15 manatlıq başsağlığı elanlarına görə Faiq Əmirlinin əməlində vergidən yayınma axtarılması ən azından gülüş doğurur.

Milli Şuranın toplantısında Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlının işinin yeni təfərrüatları da müzakirə edilmişdir. Çıxışlarda YAP üzvü olan deputat Elman Nəsirovun açıqlaması jurnalistin oğurlanma faktını açıq şəkildə ortaya qoyduğu və Baş prokurorluğun onun çıxışını təkzib edən bəyanatı dövlət adına böyük rüsvayçılıq kimi qiymətləndirilmişdir. Müzakirələrdə qeyd edilmişdir ki, istər Əfqan Muxtarlının oğurlanması və çibinə xarici valyuta qoyulması, istər Gözəl Bayramlının çantasına pul atılması və istərsə də Gürcüstanda professor Fərman Ceyranlının həbsi Azərbaycan təhlükəsizlik orqanlarının gürcü həmkarları ilə birgə hazırladığı Azərbaycanda konstitusiya quruluşunun zorla devrilməsi cəhdi haqqında növbəti bir saxta “əməliyyat” planı idi və bunun arxasında Milli Şura, AXCP-nin konstitusiya quruluşunu devirməkdə ittiham etmək, Əli Kərimlinin həbsinə “hüquqi zəmin” hazırlmaq idi. Çıxışlarda qeyd edilmişdir ki, son il yarımda bu avantüra hakimiyyətin Milli Şura və Cəbhəni guya konstitusiya quruluşunu devirməkdə ittiham edən üçüncü cəhdidir. 2015-ci ilin noyabrında altı nəfər insanın ölümü bahasına başa gələn Nardaran əməliyyatı, 2016-cı ilin yayında uydurulan Gülən hoqqabazlığı iflasa uğrayandan sonra, Azərbaycan hakimiyyətinin 2017-ci ilin mayında həyata keçirdiyi Gürcüstan “epopeyası” da beynəlxalq qalmaqalla sonuclanıb rüsvayçılıqla