Fuad Əhmədli: ‘Susmadım, savaşdım, şərləndim.


AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib. İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Məhkəməsini «satirik tamaşa» adlandıran gənc fəal həbsinin səbəbini bir cümlə ilə belə izah edib: «Susmadım, savaşdım, şərləndim və girovam!».
«Özümdən daha çox son aylarda «cənab hakim» və «cənab prokuror» titulları fonunda məhz sizin düşdüyünüz duruma acıyıram.

 Ən qatı düşmənimə belə, arzulamıram bu durumu. Vaxtilə millətimizin müstəqillik savaşına açıq düşmənçilik edən general Yazov, Şerbakov, Şaumyan, Əlikram Bayramov kimilər şanlı tariximizin arzuolunmaz və qaranlıq səhifələrində mənfi obrazlar olaraq səciyyələndirildiyi kimi, siz də tarixdə bu cür qalacaqsınız. 

Amma şəxsən mən, sifarişçi kim olursa olsun, sifariş nə olursa olsun, bu cür rəzil bir iş tutmağa razı olmazdım», – F.Əhmədli hakimlərə müraciətində belə deyib.