Bundestaq təsdiqlədi – Almaniya “İncirlik”dən çıxır


Almaniya Bundestaqı ölkə Hərbi Hava Qüvvələrinin Türkiyənin “İncirlik” aviabazasından çıxarılması haqqında qərarı təsdiqləyib.
incirlik_ussu_kapatilacak_mi_tasinacak_mi412017744
569 deputatın iştirak etdiyi səsvermədə 461 deputat lehinə, 85 əleyhinə səs verib, 23 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının “İncirlik” hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib.