İlham   Əliyev rejiminin susdura bilmədiyi Cəhbəçi gəncdən məktub var


Raylaşaq!  Bu məktub hər bir gəncimizə nümunə olacaq tarixi sənəddir.

AXCP fəalı, şərlənərək həbs olunmuş Fuad Əhmədlidən xəbər var: bu məktub onun kimliyinin ifadəsidir: məğrur, mübariz, nikbin.

 Ağzından yellər aparsın, Fuad bəy. 4 il nədir? Səni şərləyənlərə qismət olsun. İnşallah tezliklə ailənə, bizlərə və azadlığına qovuşacaqsan.
4 -cə illik halallaşma
Salam olsun Stallone kimi möhkəm , Brus Lee kimi cəsarətli və Polad Aləmdardan da vətənpərvər əqidədaşlarima.

 Ümid edirəm ki, haminiz yaxşisiniz və əhvaliniz 7/24- onlayndir. Inanin ki, pafos naminə demirəm, amma şəxsən mən bu dəqiqə əhvalda və əzmdə “hamınızla dirəşə bilərəm. Yəni, üzr istəyirəm, demək olarki. Təkcə bir sixintim var ki, Putin Avropa üçün ,Suriya sakitlik üçün , Azerbaycan azadliq üçün , Ququs Iran üçün , Kliçko rinq üçün , Ramiz Mehdiyev SSRI KGP üçün darixdiqindan artiq men de sizin üçün darixiram.

Heç olmasa , məhkəmələrdə bəzilərinizlə görüşür , hakimlə, ittihamçi ilə filanla zarafatlaşib , deyib-gülüb , şənlənərdik . Indi artiq onlar da qurtardi. Amma əvəzində görüşəçəyimiz an hər gün yaxinlaşir.

 Açiqi məhkəmə müddətində ağlıma yaxşı ideyalar gəldi ki, çixar-çixmaz onlari reallaşdiracam. 

Məsələn , AXCP daxilində üzə-duranlarin məhvi üzrə daimi kommissiya yarada bilərik,sədri də bizim çox hörmətli Ramiz Kamal bəy təyin olunar .

 Bəlkə də bəzilərinin yadina düşər . Keçən iclaslarin birinde şikayətçim Əsabəli müəllimin sözünü kəsəndə Ramiz bəyin ala bunun ağzin yuma bilmirsiz? deyə səslənməsindən sonra hakimə daha yaxin olduqumdan onun tərəfdən gələn qoxunun dəyişdiyini hiss etdim  və yaxud da Ruslan Nəsirlinin dövlət ittihamçisina ağilli ol  Şəmistan Həzinin az qalib Fuadin yanina gedirsən tipli təklif və arzulari mənə ittihamçilarla mübarizə aliansi haqqinda təklif verməyim üçün əsas verdi.

 Inanin ki, sadaladığım faktlar baş verərkən yəqin ki, siz de diqqət edirdiz. İstər dövlət ittihamçisi , istərsə də hakimin run hali Eynşteynin Atomundan, Ağasif Şakiroğlunun GAP-ından, İlham Əliyevin MTN-indən və manatin məzənnəsindən betər günə düşürdü .

 Həə, məndə də var axi… Kreativlik ,diqqət. Indi basa düşürsüz ki, necə bir adam bu dəqiqə Kürdəxani suyu içir? 

Siz fikir verməyin ki, Əsabəli müəllim məhkəmə iclasinda vəzifəli şəxs ifadəsi əvəzinə yalnşliqla Fuad Əhmədlinin səviyyəli şəxs almasina dair əlimizdə bircə dənə də olsun sübut yoxdur deyə ifadə olunurdu.

 Belə özüm pis oğlan deyiləm . Sacim da son söz məhkəməsinden sonra sıfırlamışam , Rusiyali deputat Valuyeva oxşayiram  . Hə bir də gəlin sizinlə bir saziş baqlayaq.

 Deməli , yanınıza gəlməyimə 3 il iki ay qalıb, deyilmi ? 

Bunun 2 ayini çixiram apelyasiyaya filana ,qalan 3 ildə isə men siqareti ,tergidirəm ,məşqə başlayiram, vaxtli-vaxtinda sizi də çizmaqaralarimla girinc edirəm amma ən əsasi elə bir formada çixiram ki, çixanda Bəhruz Həsənli, Saqif Qurbanov ,Ayaz Məhərrəmli,Ilham Hüseyn məndən çasib məşq elədiyim zalin adini soruşsunlar . 

Əvəzində isə siz də mənə dair də nə istəyiniz, arzunuz olsa ailəm vasitəsilə bildirir ,və bir sözle partiya siralarimizi 3-4 dəfəyə qədər böyüdürük! Paydyot? Danişdiqca monitora bir dene beş vurun razilaşaq. 3-4dəfə ha özüdə. 

Düzdür, əvvəlcədən demək bizə düşmür ,amma fikrim var ki, çixandan sonra xudmani bir yiğışaq və dinc yolla dəyişiklik edək. 

Belə … Qaxlilar demişkən , özünüzə kip baxın, yayda günün altında çox gəzməyin, GK üzvləri , Idarə heyyətinin sözünə baxin, Nərmin Xəlilin xətrinə dəyməyin( bu xüsusi xahişdir) və nəticədə növbəti üç ildə “tarqovi” PUB-larinda mənsiz 3 bakaldan artiq pivə içəni görüm partiya vəsiqəsi üzüne həsrət qalsin. Doğrudan vəsiqə demişkən : Əli bəydən mənim adımdan xahiş edərsiz ki, a bəy, partiya vəsiqəmi verəsiz bəlkə?!

 O vaxt prezident seçkiləri vaxti Əbülfəz bəydən vəsiqə haqda soruşanda cavab verirdi ki,  bəy vəsiqə əldə etmək yalniz sınanmış gənçlərimizə nəsib olur . Qurban sizə, Kürdəxanya kimi gəlib çixdim  elə bil?! Soruşmaq ayib olmasin, sinaq müddətinin bitməsinə çox var hələ? 

Bu da belə … Haminizin qadasini alim , çalişin heç biriniz bir də buralarda qonağım filan ,olmağı fikirləşməyin . Əvvəlcədən deyirəm başım səs götürmür . Yekunda 4-cə illik halalliq istəyəcəm . Inandıqınıza əmanət olun.

Hörmətlə : Fuad Əhmədli 19 iyun 2017-ci il Əfqan Muxtarlinin qonşuluğundan