Yəhudi Bloqer Lapşinin Bakıda məhkəməsi başladı


Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlanan İsrail vətəndaşı ,bloqer Alexander Lapşin-in məhkəməsi başlayıb. 
CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunan Lapşin-in işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyunun 22-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda A.Lapshin-in anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində ikiyaşlı övladı var, özü də üç ölkənin – Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir.

Azərbaycan Hökümətinin Lapşinın həbsi ilə baglı gətirdiyi arqument

Lapşin özünə məxsus puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.