Kanadada Heydər Əliyev və Mehribanın büstlərini qaldırtdıran Azərbaycanlı kim olub?


2012 ildə  Kanadanın Niagara-on-the-Lake şəhərinin icra hakimiyyəti Heydər Əliyevin və Mehriban  onlar nümayişə qoyulduğu yerdən götürmə qərarı verdi

Screen shot 2017-06-24 at 21.41.41

19458068_1753427644948869_354800622_n

Daha sonra Niagara-on-the-Lake şəhərinin hakimiyyəti Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin və onun gəlini, Mehriban Əliyevanın büstlərini Azərbaycan müxalifətinin Kanadadakı nümayəndəsinin müraciətindən sonra dağıtdı..

5f527e28c7f598fc1a9ae225d41462d20efc35fe
Mehriban Əliyevanın Kanadada dagıdılan büstünün fotosu

Keçmiş Prezident Əliyevin nümayiş olunan büstü və onun məkanı barədə müzakirələr Kanada hökuməti və Azərbaycan Respublikası arasında aparılır” – cənab Səftərova Merin ünvanladığı və onun BBC Azərbaycancaya təqdim etdiyi məktubda deyilirdi.

Kanada rəsmilərinin bu addımı atmasına ordakı THE PUBLİC CHAMBER OF CANADİAN AZERBAİJANS təşkilatının sədri Həsən bəy Səftərovun tək başına  apardığı kampaniya səbəb olub.

 

Məlumat üçün nəzərnizə çatdırırıq ki ,Kanadada bustlər 2010 ildə o zamankı vitse spiker Arif Rəhimzədənin və bir neçə iqtidar nümayəndələrinin istiraki ilə qoyulmusdur

Büstlərin qoyulmasına ümumilikdə 12 miliyon US dollar vəsait xərclənmişdır

Bu məsələni şəxsi nəzarətində saxlayan Kandadanın Toronta şəhərində yaşayan THE PUBLİC CHAMBER OF CANADİAN AZERBAİJANS təşkilatının sədri Həsən bəy Səftərov  büstlərin götürülməsi ilə baglı  və 2011  martından büstlərin qoyulduğu Niagara on The Lake şəhərinin meriyasına və məsul təşkilatlarına müraciət yollamaga başlayır.

Həmin müraciətin mətnində göstərilirdi: “Bu gün bütün dünya diktatorlara qarşı mübarizə aparır. Belə bir vaxtda dünyanın ən demokratik ölkələrindən olan Kanadada Əliyev kimi bir diktatorun büstünün qoyulması Kanadanın imicinə böyük zərbədir. Səddam, Mübarək, Bin Əli, Qəzzafi, Əsəd kimdirsə, Əliyev də onlardan fərqli deyil. Ona görə də biz IP Kanada Təmsilçiliyinin çoxlu sayda üzvləri və Kanadada yaşayan yüzlərlə azərbaycanlı adından xahiş edirik ki, diktator Heydər Əliyev və onun gəlini Mehriban Əliyevanın büstləri götürülçsün və Azərbaycan iqtidarına qaytarılsın”.

Amma bu məsələ o qədərdə asan həll olunmur.Əvvəlcə iqtidar mənsubları tərəfindən Həsən Səftərovun ünvanına açıq açıqına ölüm hədələri gəlir.Daha sonra Kanadada iqtidarın xüsusi killer qrupuna Həsən Səftərovu zəhərləmək göstərişi verilir.Amma bu mənfur plan Həsən Səftərovun ayıq tərpənməsi sayəsində baş tutmur.

Burada diqqət çəkən  maraqlı bir məqam isə  özünü Elçibəy ideyalarının davamcısı kimi görən və YAP qazanının artıgı ilə yalmanan YAP Millət Vəkili Fazil Qəzənfər oglunun Həsən bəyin ünvanına yazmış oldugu təhtid mesagı olur.Fazil Mustafanın büstlərin götürülməsi ilə baglı Həsən Bəyin ünvanına yazmış oldugu sözləri diqqətinizə çatdırırıq

 

19451915_1753180111640289_1130724340_oBüstün götürülməsi ilə bağlı meriyanın Həsən Səftərova göndərilən rəsmi məktubdan bildirilir ki, büstlər şəhərin ərazisindən götürülüb. Heç biri şəhərin ərazisində deyil. Əgər Kanada hökuməti ilə Azərbaycan səfirliyi razılığa gələrlərsə, o zaman Heydər Əliyevin heykəli yenidən qoyula bilər.
Beləliklə son nəticə olaraq Həsən Bəy Səftərovun aparmış oldugu gərgin mübarizəsi sayəsində Azərbaycan iqtidarının dövlət büdcəsindən 12 miliyon us dolları vəsait xərcləyib Kanadada qoydurmuş oldugu 2 büst götürülür.

Screen shot 2017-06-25 at 16.34.49

Kanadada büstlərin götürülməsindən sonra Həsən bəy Amerikada yaşayan Azərbaycan icmasının rəhbəri Elmar Şaxtaxtinskidən məktub alır.

Elmar Şaxtaxtinski Həsən bəydən Meksikada da Heydər Əliyevə qoyulmuş olan büstün götürülməsində onlara kömək etmə  təklifini xahiş edir.

79E12B02-7E9A-45D6-A4CE-F786A596EE84_w640_r1_s

Təklifi qəbul edən həmvətənimiz Mexsikanının Prezidentinə Heydər Əliyevin büstlərinin götürülmısi ilə baglı bir neçə dəfə məktub yazır

Həsən bəyin sözlərinə görə Mexsikada Heydər Əliyevə qoyulmuş olan büstün götürülməsi  Elmar Şaxtaxtınski və onun çevrəsinin əməyi nəticısində baş tutur.

Xatırladaq ki, Heydər Əliyevin heykəli ötən 2012 avqustunda Mexikodakı Dostluq parkında ucaldılmışdı. Buna görə Azərbaycan hökuməti 5 milyon dollar vəsait xərcləmişdi. Həmin vəsait Dostluq parkının abadlaşdırılmasına sərf olunmuşdu. Mexiko rəhbərliyi məhz parkın abadlaşdırılması müqabilində heykəlin qoyulmasına razılıq vermişdi.

Mənasız büstlərin qoyulmasına dövlət büdcəsindən 17 milon dollar pul xərcləyən Azərbaycandakı mövcud  Əliyev despotik rejimi bunun əvəzində ölkə ərazisində smeta dəyəri 2 miliyon dollardan 8 ədəd 6 mərtəbəli yaşayış binası inşa edib yataqxanalarda qocalan Qarabag qaçqınlarını mənzillə təmin edə bilərdi.