Vidadi İskəndərli: İLham Əliyev Azərbaycanı Vətəndaş müharibəsinə sürükləyir” 


Gürcüstanda siyasi mühacir həyatı yaşayan, keçmiş siyasi məhbus Vidadi İsgəndərli sosial şəbəkələrdə İlham Əliyev despotik rejimini  tənqid edəcək video müraciətlər yayımlayır.Artıq, bu video kadrlara üst-üstə baxış sayı Azərbaycan üçün rekord kimi qiymətləndirilə biləcək yarım milyon həddini aşmışdır.

vidadi

Məhz buna görə də, Gürcüstanda yaşadığı üçün, ona əli çatmayan YAP hakimiyyəti,  V.İsgəndərlinin acığını onun Azərbaycanda yaşayan və  siyasi baxışlarını bölüşməyən, siyasətdən uzaq qohum-əqrabasından çıxararaq ,aşagıdakı adları çəkilən şəxsləri  tutdukları işdən azad etmişlər .

1) İsgəndərov Fərid İsfəndiyar oğlu Respublika Onkoloji klinikasında həkim-cərrah

2) İsgəndərov Turqut İsfəndiyar oğlu -Balakən Gömrük postunda mühafizəci
3) İsgəndərova Nərgiz Qalib qızı- mütəxəsis
4) İsgəndərova Leyla Qalib qızı FHN – də idman inctruktoru 
5)   Madidi texniki təhcizat bazada -dicpetçer Əhmədov Rüfət Məmməd oğlu
 6) Əhmədov Fuad Məmməd oğlu – General motars firmasında -mütəxəsis .
Qeyd edək ki, Vidadi İsgəndərlinin siyası fəaliyyətindən çəkinən hakimiyyət bir ay öncə hüquq müdafiəçisinin qohumlarına onların işdən çıxarılacakları ilə baglı xəbərdarlıq etmişdir.
Belə ki, bu il may ayının 10 da Hakimiyyətin tapşırığı ilə Göyçay RPŞ rəisi Vidadi İsgəndərlinin qardaşı  İsfəndiyar İsgəndərovu Bakıdan Göyçaya çağıraraq  xəbərdarlıq edərək bildirmişdir ki:”Əgər Vidadi İsgəndərli YOUTUBE da hakimiyyət əlehinə səsləndirdiyi bütün çıxışlarını silməsə rəhbərliyin göstərişi ilə nəinki yaxın qohumları,hətta İsgəndərov soy adı daşıyan bütün qohumlarınız ziyan görəcək” .
O zaman  hüquq müdafiəçisinin qardaşına  1 ay vaxt verilmişdi.
Buna baxmayaraq Vidadi İsgəndərli  hakimiyyətin  bu şərtini qəbul etməmişdir .  Həmin  vaxt bu barədə Beynalxalq təşkilatlara, o cümlədən bütün xarici ölkə  səfirliklərinə və MİLLİ Şuraya məlimat verilmişdi.
 Məsələyə aydınlıq gətirmək üçün   Vidadi isgəndərli ilə əlaqə saxladıq.  hakimiyyətin ona qarşı bu repressiv metodlarından söz açan hüquq müdafiəçisi  baş verən repressiv olayın dogru oldugunu təstiqlədi və saytımıza verdiyi açıqlamada bildirdi ki,  : “İlham Əliyev bütün nəsilimi gülələtdirsədə məni mübarizəmdən çəkindirə bilməyəcək.
İlham Əliyevin etdiyi bu repressiyanı insanlıqdan uzaq bir hərəkət kimi qiymətləndirirəm . 2 qız uşaqını , təzə ailə qurmuş cavanları,3 aylıq övladını ac-susuz qoymaq .insanlıqa yaraşan hərəkət deyil. 
Mənim qisasımı qardaşlarımın,bacılarımın övladlarında almaq -kişiliyə yaraşan hərəkət deyil.
 İLham Əliyev . Sən Azərbaycanı Vətəndaş müharibəsinə sürükləyirsən”