MTN işi: Vor zakon general Çovdarov şərti azadlığa buraxılır?


MTN keçmiş generalı, ABU keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin ogurlanmasının əsas təşkilatcılarından biri olan və sahibkarların başına torba keçirmə əməliyyatlarının rəhbəri Akif Çovdarov şərti azadlığa çıxacağı barədə PA-da gizli danışıqlar aparılır

azl-259759


Əldə etdiyimiz məlumata görə təcridxanada  Akf Covdarovla görüşən  və ölkə rəhbərliyinin sözünü Akif Çovdarova ötürən  gizli şəxs   MTN qanqsterinə dövlətə vurduğu ziyanı ödədiyi  və səssiz qalacagı halda şərti azadlıga çıxacagına kömək olunacagı barədə xəbərdar edib.

İndi isə Çovdarov zərəri ödədikdən sonra şərti azadlığa buraxılacağını gözləyir. Əslində, qanun da buna icazə verir.

Yəni, Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra dələduzluq və mənimsəmə ittihamı ilə həbs edilmiş müttəhim vurduğu ziyanı ödədiyi halda hakim onu məhkəmə zalından şərti azadlığa buraxa bilər.

Bu qanuna dəyişiklik də məmurlar üçün “yaşıl işıq” tramplini rolunu oynaya bilər. Əldə etdiyimiz iddialara görə, MTN generalı da həbsdə ürəklənib və şərti azadlığa çıxacağını güman edir.

Son günlər MTN işində müşahidə olunan dəyişiklik, zərər çəkmiş şəxslərin sıxışdırılması Eldar Mahmudovun fəallaşması ilə izah edilir.

MTN qanqsteri həbsdə özünü yaxşı aparıb. Siyasi hakimiyyət əleyhinə danışmayıb, sirrləri açmayıb, istintaqa Eldar Mahmudova qarşı ifadə verməyib, məhkəmə çıxışlarında da “zərərli” faktlar açıqlamır.


Bu detallar nəzərə alınır və onun səhhətindən də tez-tez şikayətlənməsi şərti azadlığa buraxılması ilə nəticələnə bilər.

Prosesin sonunda isə Akif Çovdarovun Sübahir Qurbanovu səsləyib ona “Sübahir, pobeda budet za nami” (“Qələbə bizim olacaq”) deməsi diqqət çəkən məqamdır.
Akif Çovdarovun, ondan əvvəl Sübahir Qurbanovla Füzuli Əliyevin diqqət çəkən arxayınçılıqları geniş müzakirələrə səbəb olub.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun azadlıqda qala bilməsi kontekstində aparılan müzakirələrdə “MTN işi” üzrə həbsə alınmışların müxtəlif adlar altında azadlığa buraxılacaqları bir daha gündəmə gəlib.

İllərlə MTN-də çalışmış A.Çovdarovla S.Qurbanovun həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaları da təsadüfi deyil.

Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. A.Çovdarov MTN-dəki məlum vəzifəyə təyinatından əvvəl Rusiya vətəndaşlığı olub.

Qanuna görə, başqa dövlətin vətəndaşları Azərbaycan ərazisində cinayət törədiblərsə, barələrində çıxarılmış hökm üzrə cəzanı vətəndaşı olduqları ölkə ərazisində çəkə bilərlər.

Bu o deməkdir ki, A.Çovdarovun Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərinə görə cəzadan yaxa qurtarmaq imkanı var.

Əsas məqam təkcə bununla bitmir.Maraqlı olan budur ki MTN qanqsterləri  Akif Çovdarov Hilal Əsədov  və onun keçmiş müavini Rəsul Rəsulov ABU sabiq rektoru Elşad Abdullayevin qardaşının ogurlanmasında bilavasitə iştirakçı sübuta yetirildiyi halda bu iş barəsində məhkəmə işinin gedişində hec bir kəlmədə olsun danişılmır.

Mahir Abdullayevin ogurlanması cinayyətinin xronologiyasına aydınlıq gətirilməsi ilə baglı adı çəkilən qanqsterlərə jurnalistlərin verə biləcəyi sualdan qorxan  Əliyev kriminal rejimi hətta bununla baglı medya işçilərinin məhkəmə zalına buraxılmasına icazı verilməməsi məhkəmənin kimlər tərəfindən necə idarə olunmasını açıq aşkar göstərir

EURO ASİA NEWS