Əfqan Muxtarlını öldürmək planlaşdırılıb,hədəf isə Elşad Abdullayevdir


29 gün bundan öncə yəni 28 may 2017 il tarixdə Gürcüstanda hədəfdə hüquq müdafiəcisi Vidadi İskəndərlidir başlıqlı yazı dərc edən zaman bir coxları bu yazıya ciddi yanaşmadılar.

 

9908AAC3-1A3C-4A30-8A46-D38656021A2D_w650_r0_s

O zaman saytın  elektron ünvanına məlumat  göndərən “N” adlı şəxs bunları yazmışdı.

Azərbaycan Baş Prokurorlugu Gürcüstanda mühacir həyatı yaşayan Vidadi İskəndərlinin həbs olunub Azərbaycana gətirilməsi üçün DTX -ə (Mədət Quliyevə) rəsmi müraciət edib.

Mə’lumatda Gürcüstan xüsisi xidmət departamentinin əməkdaşlarının  Vidadi İskəndərlinin və bəzi önəmli  müxalifət partıyası üzvlərinin  yaşayış  ünvanlarının artıq Azərbaycan tərəfinə bir neçə ay bundan öncə verildiyi bildirlirdi .

Siyasi baxışlarına görə Gürcüstan Respublikasına sıgınmış ,  Azərbaycan vətəndaşlarının bir coxunun ( hüquq müdafiəçiləri və jurnalıstlərin) yaxın günlərdə Azərbaycana tutulub təhvil verilməsi  məlumatda öz əksini tapırdı .

Məlumatı bizə verən şəxs daha sonra bunları yazırdı…

Bununla baglı Azərbaycan tərəfi Gürcüstan höküməti qarşısında qeyri şərtsiz şərt qoyub və Gürcüstan hökumətidə qoyulan  şərti qəbul edib.

Gürcüstan bunları etməyəcəyi halda Azərbaycan hökumətinin ,Gürcüstana yatırmiş oldugu investisya layihələrinin o cümlədən Socarın  enerji daşıyicılarının (gazın ,benzinin və s)qiymətlərinə yenidən baxacagı məsələsını gündəmə  gətirirdi.

Azərbaycan DTX-nin əməkdaşları gizlin şəkildə Tblisi  şəhərinə  ezam olunurlar

Gürcüstanlı həmkarları ilə birgə 2 şəxsin həbs olunub Azərbaycana verilməsi  üçün əməliyyat planı hazırlyırlar.Onlardan biri  jurnalist Əfqan Muxtarlı, digəri  hüquq müdafiəçisi Vidadı İskəndərli olmalı idi.

Amma həmin gün Vidadi İskəndərli evdən bayıra cıxmadıgı üçün xoş təsadüf nəticəsində ogurlanmır ,amma jurnalist Əfqan Muxtarlını tələyə salmagı bacarırlar.

Beləliklə  o zaman bu barədə  bizə verilən məlumat düz cıxdı.
Bu gün isə məlumatı bizə verən şəxsdən növbəti bir məlumat əldə etmişik.

Məlumatda  Əfgan Muxtarlənın həbsinin pərdəarxası gizlinləri acıqlanır.Sən demə Əfgan Muxtarlı heç də siyasi baxışlarına görə  ogurlanıb Azərbaycana təhvil verilməyibmış.

Məsələnin kökü ABU-nun sabiq rektoru Elşad Abdullayevə dayanırmış.

Elə Əfgan Muxtarlının ogurlanma səbəbi də bir başa Mahir Abdullayevin ogurlanması  cinayyətinin xronologiyasının ,araşdırmaçı jurnalist Əfgan Muxtarlı tərəfindən ictimaiyyətə açıqlanması o cümlədən Xarici Pressalara catdırılmasıdır. Əfgan Muxtarlının həbsi Əliyev hakimiyyəti üçün əsas proritet məsələ olub.

Mahiyyət etibarı ilə 14 ildir ki ,Mahir Abdullayevin ogurlanması0  cinayyətinin Əliyev hakimiyyəti tərəfindən ört basdır edilməsi və ABU -nun sabiq rektoru Elşad Abdullayevin ,Əliyev hakimiyyətinin ali strukturlarının rəhbərlərini lentə aldıgı gizli video çəkilişlər də  bu cinayyət işin ölkə prezidenti İlham Əliyevin razılıgı ilə   Ramiz Mehdiyev  ,Ramil Usubov ,Zakir Qaralovun ,  Əli Nagıyev ,Rəsul Rəsulov  ,Hilal Əsədov və digərləri tərəfindən həyata keçirilməsini sübut etmişdır.

Cinayət işində iz  azdırmaq  üçün hakimiyyət ortaya illərlə xüsusi xidmət organlarının yüksək ixtisaslı peşəkar əməkdaşlarını cəlb etmişdır.Bu işdə oyuna girənlərdən ən peşəkarı  Gülər Əhmədova və onun aracı rəfiqəsi Sevinc Babayeva Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin internetdə yayımladığı qalmaqallı videonun ardınca həbs olundu.Amma Sevinc Məmmədovanın  işin belə işlərin peşəkarı olmadıgı üçün həbsxanaya düşdüyü halda bəzi məxvi məlumatların yayılmasından ehtiyyat edən Əliyev və Mehdiyev hakimiyyətinin cıxardıgı qərar Sevinc Məmmədovanin zəhərlənərək Türkiyədə qətlə yetirilməsi ilə nəticələndi

Sevinc Babayeva  Tükiyəyə qaçırıldı və oradada öldürüldü.

İndi isə həmin epizoda oxşar senari  Jurnalist Əfgan Muxtarlı üzərində qurulub

Mədət Quliyevin PA -da Fuad Ələsgərovun görüşündən cıxarkən telefonda  danişdıgı şəxsə dediyi sözləri  oldugu kimi sizə yazıram “Onlar nəsə edənə qədər biz onların birini  həbs etməyi bacardıq” 

Əfgan Muxtarlı Mahir Abdullayevin ogurlanması  cinayyətində Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla onun bütün komandasının Mahir Abdullayevin ogurlanmasl cinayyətini törətməkdə  bir başa iştirakcı olduglarını  ispat edən coxlu sayda arqumentlər söyləyib .

Əfgan Muxtarlı hələ Azərbaycanda yaşadıgı müddətdə bir neçə dəfə Mahir Abdullayevin ogurlanması ilə baglı apardıgı jurnalist araşdırmasına görə  DTX -nin Yasamal bölməsinin  rəisi Mütəllim Usubov tərəfindən həbs olunaraq qanunsuz saxlanmışdır.Həttə sonuncu görüşlərində Daxili İşlər Naziri Ramil Usubovun dogma qardaşı olan  DTX nin Yasamal idarəsinin rəisi Mütəllim Usubov Əfgan Muxtarlıya Mahir Abdullayevlə baglı başlatdıgı araşdırmanın  ona həyatı bahasına başa gələcəyini acıq aşkar söyləmişdır.Bundan sonra Əfgan Gürcüstana qaçdi

Bir neçə il əvvəl Fransada mühacir həyatı yaşayan Professor Elşad Abdullayev isə  qardaşı Mahir Abdullayevin ogurlanması ilə baglı və Azərbaycan Beynəlxalq Unverstetinin  hakim ailənin Paşayev və Əliyevlər tərəfindən zorla onun əlindən alınması ilə baglı  rəsmi faktlarla dayalı iddia ilə Avropa Məhkəməsinə müraciət etmişdır.

İşi icrata alan Avropa Məhkəməsində  artıq bir necə aydan sonra  Elşad Abdulayevin vermiş oldugu şikayət  ərizəsi əsasında bu işə baxılacaqdır.Azərbaycanda isə   hakim ailə başda olmaqla Professor Elşad Abdullayevin siyahısında   cinayyət  işində  adı keçənlərin əksəriyyəti Avropa Məhkəməsinin bu işlə baglı verəcəyi qərardan  rahatsız olduqlarından qarşı tərəfə əks hücuma keçməyə başlamışdırlar

Müstəqil ölkə tarıxındə ilk dəfə olaraq Avropa Məhkəməsində Azərbaycan Prezidenti onun xanımı ,o cümlədən Prezident  Adminstrasyasının rəhbəri ,Daxili İşlər Naziri ,Baş Prokuror və Dövlət Təhlükəsizlik Nazirliyinin rəhbərlərinin adları  adam ogurlugu və vətəndaşın əmlakın hədə qorxu yolu  əlindən alınması işində keçəcəkdır.

Bu Azərbaycanın imicınə böyük zərbədir.

Prezident Adminstrasyasından gizlin tapşırıq alan DTX sədrinə bu işdə  şahidlərin aradan götürülməsi tapşırıgı verilib .

DTX nin gizli emisarları isə  Avropaya ezam olunub.Buna görə də gizli polislə Avropada  iş birliyində olan xəfiyyələrinin son günlərdə açıq hücumu müşahidə olunmaqdadır.

2 comments


  1. https://polldaddy.com/js/rating/rating.jsAraşdırmaçı Jurnalist Əfqan Mixtarlıya qarşı qanuna zidd əməlləri adam ogurlugu cinayətidir. Bu agır dövləti cinayətdir. Lakin, Əliyev rejimi bu cinayəti Azərbaycansayagı adiləşdirrir. Əfqan Muxtarlını başına torba keçirib Gürcüstsndan ogurlayıb…! İndidə utanmadan-qızarmadan bütün dünyaya bəyan edir ki, sərhədi qanunsuz keçib, dövlət sərhəd xidməti əməkdaşını döyüb, müqavimət göstərib və cibindən qanunsuz 10 min euro tapılıb. Bilirsiniz, Despotik azərbaycan Diktatorlugu İŞİD terror təşkilatından daha təhlükəlidi, Azərbaycandan fərqli olaraq İŞİD terror təşkilatı etdiyi cinayəti sosial şəbəkələ üzrindən bəyan edir və öz üzərinə götürür. Əliyevin despotik Diktatorlugu isə Mahir Abdullayevin ogurlanması cinayəti kimi öz cinayətini ört-basdır etmək məqsədilə zərərçəkmişin üstünə gedir – “Naezd” edir, onu susdurur, qorxu altında saxlayır və təhdit edir. Təsadüfü deyil ki, AŞPA Azərbaycana sanksiya tətbiq etmək haqqında 10 sentyabr 2015-ci il tarixli Qətnaməsində Əliyev akimiyyətini Despotik Diktatura rejimi adlandırmışdı…!!! Azərbaycanda həqiqti yazmaq və danışmaq ölümə bərabərdir! Mahirin ogurlanması cinayəti faktının həqiqətlərini gözlərilə görüb mənə gizli videolarda danışanlar , sonradan dövlət terrorunun dəhşətli bir qurbanına çevriliblər. Onlarala Stalinin repressiya dönəmində aktual olan şahid yoxdursa , cinayətdə yoxdur prinsipilə davranıblar ! Dəyərli jurnalist Əfqan Muxtarlının günahlarından biri də Mahir Abdullayevin ogurlanması cinayətini sistemli və metotik ardıçıllıqla ilk dəfə olaraq bir jurnalist kimi ifşa etməsi olmuşdur. Bu səbəbdən də onu öldürməklə hədələyirdilər, buna görə də dövlət terrorundan öznü qorumaq ücün ölkəni tərk edib Gürcüstanda yaşamaq hüququ əldə etmişdi…

    Liked by 1 person

Comments are closed.