Azərbaycan Polisinin peşə bayramını təbrik etməyə dəyərmi?/video


Bu günlərdə İsveçdə mühacir həyatı yaşayan AXCP -nin Mingəcevir Gənclər Təşkilatının sədri olmuş AXCP -nın  fəal üzvü Emil Cəfərlinin qohumları Mingəcevir Polisi tərəfindən əsassız  polis şöbəsinə aparılaraq dindiriliblər.

18920633_1578528382220386_7024949025046941990_n

Bu barədə  redaksiyamıza məlumatı Emil Cəfərli özü bildirib.Emin Cəfərli sözlərinə görə   qohumlarının Polis şöbəsinə əsassız aparılması onun siyasi fəaliyyəti ilə baglıdır.

Bu ilin mart ayında Stockholmda Azərbaycan səfirliyinin önündə Emin Cəfərlinin  təşkilatçılıgı ilə təşkil olunan  Siyasi Məhbuslara Azadlq , Korrupsiyaya Talana Son , etiraz mitinqindən sonra onun Mingəçevirdə yaşayan qohumlarına cox sayda basqılar olmuş ,onlar mütamadı olaraq  polis idarəsinə aparılaraq heç bir əsas olmadan incidilmışlər.

AXCP fəalı  24.08.2015 ildə Mingəcevirdə baş verən hadisələrı zamanı onun qardaşının və dayısı oglunun polis tərəfindən zorla həbs olunaraq 3 sutka həbsə məruz qaldıgını qeyd edir

Emin Cəfərli 22.08.2015 il  Mingəcevir hadisələri  zamanı qanunsuz şərlənərək həbs olunan bibisi oglunun isə hələdə həbsxanada saxlanıldıgını  söyləyir.

Avropada Polislərin peşə bayramını Xalq coşgquyla qarşıladıgı halda biz Azərbaycanlılar polislərimizə nifrətimizi gizlətmirik

Azərbaycanda cox az ailələlər olar ki,son zamanlarda  Polis zorakılıgına məruz qalmasın.Belə olan halda Azərbaycan Polisinin peşə bayramını təbrik etməyə dəyərmi

Emin Cəfərli

Stockholm İsvec