Prezident Aparatında qan töküldü


İyulun 3-də Prezident Admistrasiyasında şöbə müdiri və prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda xoşagəlməz olay baş verib. 



Vətəndaş Yusifova Əminə İbrahim qızı Ələsgərovla görüşməyə israr edib, lakin ona kobud tərzdə mane olublar. Bu zaman Ə.Yusifova özü ilə ayaqqabısında içəri keçirdiyi ülgücü çıxararaq, özunə xəsarət yetirib. Qadının qaynanası Əliyeva Minayə də onunla birlikdə olub.

Özünə xəsarət yetirən şikayətçi isə qan içində təcili yardıma yox, 9-cu Polis Bölməsinə aparılıb.

Ə.Yusifova ərinin qanunsuz həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetm edilməsindən şikayətçidir