AB-Türkiyə müzakirələrinin durdurlması tələb edilir


Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrinin təxirə alınması çağırışı edəcək.

1448805063

AP-nin Türkiyə üzrə məruzəçisi hollandiyalı parlamentar Kati Piri tərəfindən hazırlanan layihədə Türkiyə ilə müzakirələrin durdurulmasına çağırış edilir. Bu, 2005-ci ildən bu yana bir Avropa Birliyi qurumunun müzakirələrin rəsmi olaraq dayandırılmasına edilən ilk çağırışdır.

Layihənin ilkin variantında 16 aprel konstitusiya dəyişikliyi paketinin qüvvəyə minəcəyi halda, Türkiyə ilə üzvlük müzakirələrinin dərhal və rəsmi olaraq dayandırılması üçün AB dövlətləri və Avropa Komissiyasına müraciət edilir.