Prezidentin açılışdında olduğu evləri Laçın Rİ başcısı Aqil Nəzərli satıb – VİDEO


Redaksiyamızın elektron ünvanına 18 nəfər Laçın rayonundan qaçqın düşmüş soydaşlarımızın şikayət ərizəsi və video müraciət  daxil olub.Qaçqınların şikayəti Laçın rayon icra hakimiyyətinin başcısı Aqıl Nəzərlidəndir.Onlar iddia edirlər ki ,icra başcısı Aqıl Nəzərli hökümətin qaçqınlar üçün inşa etdirdiyi və prezident İlham Əliyevin açılışında iştirak etdiyi  evlərin təyınatını dəyışərək  başqa şəxslərə satıbdır

Şikayəti oldugu kimi ictimaiyyətin nəzərinə çatdırırıq.

Hörmətli EURO ASİA NEWS

Laçın Rayonunun İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın Rayonunun İdarəetmə sistemində vəzifədən çıxarılma və vəzifəyə təyinat, təyinatla bağlı digər məsələləri qeyri-rəsmi olaraq qardaşı Müqabil Nəzərliyə həvalə edib.

1466082124_aqil-nezerli
Aqil Nəzərli Lacin RİH başcısı

Müqabil Nəzərlinin xəbəri olmadan heç bir idarə müdiri adi bir xadiməni də işə götürmək iqtidarında deyil. Bütün bu proseslər isə Müqabil Nəzərlinin atasına məxsus olan “Laçın Petrol” adlı yanacaq doldurma məntəqəsindən idarə olunur. Bir neçə adam əlaqələndirici funksiyasını yerinə yetirirlər.

1432132398_yenisumqayit.az-0

Rayonda işə düzəlmək istəyən şəxslər əvvəlcə həmin əlaqələndiricilərdən biriylə görüşüb, istəklərini ona bildirirlər. Daha sonra əlaqələndirici məsələni Müqabil Nəzərliylə açır. Məsləhət bilinsə iş istəyən Müqabil Nəzərliylə “Laçın Petrolda” ona məxsus olan kabinetdə görüşməli olur, vəzifədən və işdən asılı olaraq tətbiq edilmiş “rüsumu” ödəyib, onun razılığını alındıqdan sonra işistəyənin sənədləri İcra Hakimiyyətinə göndərilir. Vəziyyət elə bir həddə çatıb ki, camaat “Laçın Petrola” İcra Aparatının Kadrlar Şöbəsi adını verib.

Nəzərli Müqabil Ağaxan oğlu Ağcabədi Müəllimlər İnstitutunun Tarix fakultəsini bitirib. Öz tərcümeyi halını yazmağa səriştəsi olmayan bu adam İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə tarix müəllimi işləyib.

Qardaşının İcra Hakimiyyətinin müavini vəzifəsində çalışmasından istifadə edərək saxta yolla psixoloq sertifikatı alaraq məktəbdə psixoloq kimi fəaliyyət göstərməyə başlayıb. Qardaşı Aqil Nəzərli İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra İcra Aparatında işləməməsinə rəğmən göndəriş əsasında Prezident Yanında Dövlət İdarəetmə Akademiyasına qiyabi təhsil almağa göndərilib. Uzun illərdir İcra Aparatında çalışan və yetərincə savadlı kadrların olmasına baxmayaraq Müqabil Nəzərlinin Akademiyaya oxumağa göndərilməsi İcra Başçısı Aqil Nəzərlinin vəzifəsindən suiistifadə etməsinin nəticəsidir.

Qaçqınlar iddia edirlər ki əgər Laçın rayon İcra Başçısı Aqil Nəzərlinin qanunsuz əməlləri araşdırılmasa o zaman bu işlərdə Prezident və onun admnistrasyasının əli olduguna şübhə etməyəcəklər 

6a194969-3368-43e8-9372-240040a2b501

Biz aşağıda imza edənlər Hümbətov Cənnət qeyd etdiklərimizin şahidi olduğumuz və rayondakı özbaşınalığın höküm sürdüyü üçün şəxsiyət  vəsiqəmizin AZE№  ilə imzalarımızı təsdiq edirik:

  1. Hümbətova Bilqeyis Süleyman qızı —– AZE№  04038521
  2. Məhəmmədova Suqura Bünyad qızı —– AZE№  02966330
  3. Hünbətova Gülaçar Cəllad qızı ———– AZE№  08784078
  4. Hünbətova Kürbəyi Cəllad oğlu ———- AZE№  08784161
  5. Süleymanova Gülçöhrə Süleyman qızı — AZE№  15235139
  6. Qasımov Əlövsət Əhliman oğlu ———- AZE№  09830546
  7. Qasımova Arzu Əlibaba qızı ————– AZE№  09830487
  8. Məmmədova Nailə Yaqub qızı ———– AZE№  08786974
  9. Hümbətov Cənnət Cəllad oğlu ———– MYİ№   0313079
  10. Əhmədov Amin Xosrov oğlu ————- AZE№  14969681
  11. Bəhmənli Bəhmən Əbülfət oğlu  ——– AZE№   14268356
  12. Dünyamalıyeva  Nəzakət Callat qızı —  AZE№   08785262
  13. İbraqimova Rəqiyə Süleyman qızı —–  AZE№   13325125
  14. İsmayilov Mamed Əli oğlu  ————-  AZE№   13237178
  15. İsmayilov  Loğman Mamed oğlu ——-  AZE№   09858242
  16. İsmayilov  Elgiz Mamed oğlu ———–  AZE№   09858276
  17. Əhmədova Şərqiyə Süleyman qızı —— AZE№   02366567
  18. Qasımov Mirələm Əhliman oğlu ——- AZE№   08597760

                    Tel: 050 891 65 23