Avstriya Türkiyəli nazirin gəlişinə qadağa qoydu


Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci-nin ölkəyə girişinə qadağa qoyub. Nazir Türkiyədə uğursuz çevriliş cəhdinin ildönümü münasibətiylə Vyanada tədbirə qatılmağı planlaşdırırdı.

erneut-aerger-zwischen-oesterreich-und-der-tuerkei-41-65880039

Avstriya hökumətinin sözçüsü iyulun 10-da deyib ki, planlaşdırılan tədbir “Avstriyada ictimai asayiş və təhlükəsizliyə hədədir”.

Ötən həftə Niderland Türkiyə baş nazirinin müavini Tugrul Turkes-in oxşar tədbirə qatılmaqdan ötrü ölkəyə gəlməsinin arzuolunan olmadığını bildirmişdi.

Türkiyə prezidenti Recep Tayyip Erdogan isə gileylənib ki, iyulun 7-8-də Almaniyada Böyük 20-liyin (G20) sammiti zamanı çevriliş cəhdi barədə ictimaiyyət qarşısında danışmasına icazə verilməyib