Saakaşvilidən sərt etiraz bəyanatı


1579613

Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.

“Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq

Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”, Saakaşvili qeyd edib.

O, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.