“SPACE”də BIYABIRÇILİQ, ƏLBƏYAXA DAVA


Bu gün “Space TV”də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumata görə, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejissor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

9-300x300

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

 

Məsələ ilə bağlı KİV təmsilçiləri telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıblar. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.