HƏBSDƏKİ RABİTƏÇİLƏRƏ HÖKM OXUNDU – Vidadi Zeynalov 13 il həbs


Hökmə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

vidadi-zeynalov

Məhkəmə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova Namazalı Məmmədova 11 illik cəza verib.

Hökmə əsasən, təqsirləndirilən Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edib

Hökmə əsasən, Vidadi Zeynalovun Qaradağ rayonundakı 15 hektar torpaq sahəsi və qohumlarının adına olan torpaq sahələri üzərindən həbs götürüllməlidir.