Prezident Tramp Ağ Ev aparatına yeni rəhbər təyin etdi


download

ABŞ prezidenti Donald Tramp ölkənin milli təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib.

Dövlət başçısı bu barədə öz Twitter hesabında yazıb.

“Mən general Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin etdim. O, gözəl amerikalı və dahi liderdir. Con həmçinin Milli Təhlükəsizlik Nazirliyində böyük işlər görüb. O mənim administrasiyamın əsl ulduzu olacaq” , – Tramp vurğulayıb.