Avropada Azərbaycanlı miqrantlardan donos yazan separatcı kim olub


Hörmətli Dostlar! KİV-nə, Siyasi Partiyaların rəhbərlərinə, Hüququ Müdafiəcilərinə və QHT-na !!! Avropada Xüsusi Xidmət idarələrinin  KQB Danosçularının Azərbaycan xalqının adından danışmaga mənəvi haqqı yoxdur !!!

Снимок-экрана-2016-04-07-в-0.59.42

Bu ilin yanvar ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk edərək, Hollandiyaya sığınan demokrtaik hərəkatən öncüllərindən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çətin durumla üzləşib.

“Ölkə.Az” bakupost.az-a istinadən xəbər verir ki, o, sığınacaq uçun müraciət etdiyi yerli məhkəmədən rədd cavabı alıb. Məhkəmə ona oturum verməkdən imtina edib və ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.

Jurnalistə izah olunub ki, miqrasiya sahəsində Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan “Dublin Sazişi”nə görə, o yalnız Avropaya daxil olduğu ölkədən siyasi sığınacaq istəyə bilər.

Məlum olub ki, Rahim Hacıyev Azərbaycandan əvvəlcə Fransaya uçub. Orada bir neçə gün qaldıqdan sonra isə Hollandiyaya, qohumlarının yanına gedib və bu ölkədən sığınacaq almaq üçün aidiyyəti orqanlara müraciət edib.

Yada salaq ki, Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra “Azadlıq” qəzetinə faktiki rəhbərlik edirdi.

“Azadlıq” qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb. Bu ilin may aında isə Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında qəzetin elektron versiyası da (azadliq.info) bloklanıb. Buna səbəb kimi saytda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanması göstərilib.

Hörmətli Dostlar! KİV-nə, Siyasi Partiyaların rəhbərlərinə, Hüququ Nüdafiəmilərinə və QHT-na !!!

İkincisi, KQB-in “Danosu” çuları – Dosye:

Avropada müxalifətçi pərdəsi adı altında gizlənmiş KQB  məxfi “Danosu” çu qrupunun (Ataxan Əbilov, Fikrət Hüseynli )  xalqımıza qarşı xəyanət yolunu tutaraq gizlin müraciəti  əsasənda demokratik düşərgənin öncüllərindən olan “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev Məhkəmə qərarı  ilə Holladiyadan deportasiya edilib  …Hamiya bəllidir ki, uzun müddətdir ki, fəaliyyəti göz qabagında olan “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyevə otrum hüququnun verilməsi üçün heç bir problem yoxdur. Lakin, yaxşı deyirlər qanşun dürüst olarsa kor qızında ərə gedər. Təəsüf ki, Rahim Hacıyev özünün tələbə yoldaşı hesab etdiyi Ataxan Əbilova etibar edib onun yanına Hollandiyaya sıgınıb. Mötəbər mənbəələrdən aldıgımız məlumata görə Ataxan Əbilovun,  və s.   KQB-in Danoscu qrupu ondan Niderlandın səlahiyyətli orqanlarına Rahim Hacıyev haqqında həqiqətə uygun olmayan məxfi informasiyalar ötürüblər.

Hətta, Ataxan Əbilovun KQB-in Avropada yerləşdirdiyi xəfiyyə qrupu öz müəllimi ABU-in rektoru, hüquq professoru Elşad Abdullayevdən və bir sıra Azərbayvcan vətəndaşları haqqında Avropanın Miqrassiya İdraələrinə  dəfələrlə yalan məlumatlarını –  KQB-in Tamamilə məxfi Danoslarını ötürüblər. Bu səbəbdən də onların – Ataxan Əbilov,  və s.  bu cinayət əməlləri Avropaninsesi.com saytında geniş ictimailəşdirildi.

KQB-in Avropa xəfiyyələrinin son Gizlin Danoslarından biri də  Avropada yaşayan ən ləyaqətli həmvətənlərimizi gözdən salmaq  məqsədilə edilmişdi. Şikayətdə   AAMBŞ-in sədri Gabil Rzayev, hüquq professoru Elsad Abdullayev, doc. Riyad Əliyev, fəal  gənc Azər Qədirov, “Həftə az’’ qəzetinin Baş redaktoru Aqil Mahmudov haqqinda yazılanları  KQB agentlərinin məxfi qarayaxması hesab edirik!

Aşagida gördüyünüz müraciət KQB-in (DTX) müxaliftçi pərdəsi adı altında gizlənmiş  Avropada yerləşdirdiyi  xəfiyyələri tərəfindən demokratik fikirli  dəyərli Azərbaycanlı mühacirlərimizin əleyhinə saxta fabrikovat olunmuş KQB-in (DTX) Tamamilə məxfi agentlərinin “Danosu’’dur.

Şikayəti 58 illik  Azərbaycanının despotik diktatura rejiminin  sifarişilə Separatçı Qondarma  Talis Mugan Respublikasinin “Prezidenti” Əliikram Hümbətovun hüquq məsələləri üzrə müavini, Hollandiyada guya mühacir həyatı yasayan Iranin Etalat ve Rusiyanin KQB-in bilavasitə muzdlu xidmətində olan  Ataxan Əbilov,   DTX-in Əks-Kəşfiyyat qəzetnin Avropa təmsilçisi Fikrət Hüseynli  və s. tərəfindən yazılmış və  özlərisayagı 20 -yə yaxin KQB ilə iş birliyində olan Avropada müxalifəqtçi pərdəsi adı altında gizlənmiş “Mühacirlər” tərəfindən  imzalamisdir.

 Yayinlayacagimiz bu bəyanat Fikrət Hüseynli , Ataxan Abilov cütlüyünün hazirladigi bu KQB-in danosunda fərqli dillərə tərcümə edilərək həm Almaniya, Fransa və Isvecrənin Miqrasiya və Hüquq-mühafizə orqanlarina, Həmdə hər üc ölkənin yerli Mətbuatina adi kecən şəxslərin rəsmləri ilə birlikdə təqdim ediləcək.

Qabil Rzayevin bandası haqqında şikayət
среда, 31 мая 2017 19:13 Ataxan Abilov <ataxanabilov@mail.com> писал(а):

Hörmətli cənablar,
Təəssüf ki, biz sizə xoşagəlməz bir proses haqqında məlumat verməli oluruq. Buna məcburuq, çünki bu proses uzun müddətdir davam edir, narahatlıq yaradır və biz bu prosesin arxasında bir dövlətin, konkret olaraq, Azərbaycanın xüsusi xidmət orqanlarının dayandığına əminik.
Söhbət Avropada (Almaniya, İsveçrə, Fransa) məskunlaşan, hal- hazırkı statusları barədə bizdə dəqiq məlumat olmayan bir qrup şəxsdən gedir.
Bunlar:
1. Qabil Rzayev,
2. Elşad Abdullayev,
3. Riyad Əliyev;
4. Azər Qədirov;
5. Aqil Mahmudov və onlarla bizə bəlli olan mülahizələrə görə birləşmiş bir qrup şəxsdən gedir.

1.Qabil Rzayev – özünü Azərbaycanda Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) sabiq üzvü kimi təqdim edərək, İsveçrədə siyasi orurub alınması barədə məlumatlar var. Əslində isə Qabil Rzayevin OMON-la qısa əlaqələri onun həmin strukturdan intizam qaydalarından dolayı qovulması ilə bitmişdi. Hazırda müxtəlif qiyafələrdə: hüquq müdafiəçisi, ədalət çarçısı, islamçı-dindar, Əl-Nusra sippartizanı və s. qismində çıxış edir.
Ən maraqlısı isə Qabil Rzayevin yaxın qohumu (bacisi qizi) Ülkər Məmmədovanın İSİD teror qruplaşmasının üzvü olması və onun qanli Ankara terorunu törədən şəxs olduğu təsdiqlənib. Hazırda Turkiyə Polisi tərəfindən qırmızı xətlə terrorçu qismində xüsusi axtarişa verilən Ulkər Məmmədova haqqında Qabil Rzayev açıq tekstlə “onunla fəxr edirəm” söyləyir.
2. Elşad Abdullayev – Fransa Respublikasına sığınana qədər Azərbaycanda mövcüd avtoritar rejimin ən yaxın adamlardan biri olmuşdur. O, 1993-2008-ci illərdə AR-da keçirilən prezident seçkilərində iki dəfə əvvəlki prezident Heydər Əliyevin, bir dəfə isə hazırkı prezident İlham Əliyevin vəkili olmuşdur. Həmən illərdə Elşad Abdullayev avtoritar rejimlə xüsusi yaxınlığı ilə seçilən Azərbaycan Beynəlxlaq Universitetə rəhbərlik etmişdir. O, demokratik fikirli insanların avtoritar rejim tərəfindən təqibində fəal iştirak etmiş, bununla rejimin törətdiyi insanlıq əleyhinə cinayətlərdə çox fəal bir yer almışdır.

BMT-nin Qaçqınların statusu haqqında 1951-ci il konvensiyasının 1F maddəsinə görə insanlıq əleyhinə törədilən cinayətlərdə iştirakçı olan şəxslərə həmin Konvensiya şamil edilə bilməz. Elşad Abdullayev 15 il ərzində avtoritar rejimlə insanlıq əleyhinə cinayətlərin törədilməsində fəal əməkdaşlıq etmiş, belə fəaliyyəti dəstəkləmiş və təbliğ etmişdir.

Qeyd edilənlərdən əlavə Elşad Abdullayev bir sıra ağır cinayətlər törətmişdir. O, uzun müddət rəhbərlik etdiyi Universitetdə korrupsiya ilə məşğul olmuş və qeyri-qanuni olaraq xeyli sərvət toplamışdır. Bu vəsaitin bir hissəsini (bir milyon ABŞ dolları) o, AR parlamentinə seçilmək üçün yuxarı məmurlara ötürmüş və bunu video lentə almışdır,bax:

https://www.youtube.com/watch?v=IugV-kX_nrc

Ona deputat mandatı verilməyəndə isə, Elşad Abdullayev bir milyon rüşvət verdiyini açıqlamış və bu barədə çəkdiyi video materialı ictimailəşdirmişdir. Elşad Abdullayev deputat seçilmək üçün verdiyi bir milyon dollar rüşvəti seçkinin nəticələri elan edilənə qədər açıqlasaydı, hüquqi baxımdan onun əməlində ruşvətvermə cinayəti aradan qalxmış olardı. O, bunu artıq seçilmə imkanın aradan qalxdıqdan sonra etdiyinə görə, belə ağır cinayətə görə məsuliyyət Elşad Abdulayevin üzərində qalır. Belə olan halda Fransa hökümətinin Elşad Abdullayevi indiyə kimi mühakimə etməməsi Fransa Respublikasının demokratik dəyərlərə sayğı göstərməsini şübhə altına alır.

Elşad Abdullayev çox şaxəli korrupsiya fəaliyyəti nəticəsində “qazandıqlarını” avtoritar rejimin sahiblərilə bölüşdürə bilmədiyinə görə onların qəzəbinə gəlmiş və buna görə Elşad Abdullayev Azərbaycandan qaçmışdır.
Elşad Abdullayev və Gabil Rzayev Avropaya sığındıqdan sonra da insan haqları müdafiəçilərinə qarşı özünün çirkin fəaliyyətinə son qoymamış, müxtəlif saytlar yaratmaqla və sosial şəbəkələrdə insan haqları müdafiəçilərinə qarşı qara piar kompaniyaya rəhbərlik edir, onlardan “xalq düşməni” obrazı yaradır, onları təhdid edir, qorxu altında saxlayır. Onlar bu gün də vicdanlı insanlar haqqında hədə, şantaj, böhtan, iftira dolu yalan məlumatlar yaymaqdadırlar.

3.Riyad Əliyev – özünü Azərbaycanda “Təfəkkür” adı ilə fəaliyyət göstərən universitetin, guya Ukraynadakı filialının direktoru kimi təqdim edir. Guya bu filial Kiyevdəki Interregional Academy of Personnel Management bazasında fəaliyyət göstərib. Əslində isə tamamilə yalan məlumatdır və Riyad Əliyev heç zaman belə bir universitetin filial direktoru olmayıb. O, sadəcə olaraq Azərbaycanlı gənclərin rüşvət müqabilində Kiyevdəki adı çəkilən universitetə sənədləşdirilməsini təşkil edən dəllallardan biri olub, Azərbaycanda çoxlu sayda adamları aldadıb onların pullarını aldığına görə həbs edilib, həbsdən çıxandan sonra Almaniyaya qaçıb. Biz Kiyevdəki Interregional Academy of Personnel Management adlı universitetlə əlaqə saxlamışıq, Universitetdən bizə qətiyyətlə bildiriblər ki, Təfəkkür Universitetinin filialının Riyad Əliyev adlı direktoru olmayıb, bunu siz özünüz də sorğu göndərməklə təsdiq edə bilərsiniz.
4. Azər Qədirov – Azərbaycan xüsusi xidmət orqanlarının Almaniyaya yerləşdirdiyi şəxsdir. Bu cür şəxslərin sırasında Azər Qədirov tək deyil. Onların vəzifəsi yerləşdirildikləri ölkələrdə hansısa mühüm məlumatları toplamaq və Azərbaycana təqdim etmək deyil. Bunların əsas missiyası Avropaya qaçıb gələn siyasi mühacirlərin yerlərini, onların əlaqələrini, fəaliyyətlərini izləmək və vaxtaşırı Azərbaycan hakimiyyətinə məlumat verməkdən ibarətdir.
5. Aqil Mahmudov – Almaniyaya (və ya İsveçrəyə) jurnalist kimi mühacirət etmişdir. Həqiqətən də Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olub. Amma 2005-ci ildən Azərbaycanın xüsusi xidmət orqanlarının agenturasına cəlb edilib və ölkədə demokratik müxalifətə qarşı informasiya təxribatlarında istifadə edilmişdir. Onun ilk təyinatı, Azərbaycanda yeganə müxalifət qəzeti olan Azadlıq qəzetinin dublikatını nəşr etdirmək olub. Nəşr etdirdiyi qəzetin bütün dizaynı, loqosu, tərtibatə Azadlıq qəzetinin eynisi olub, sadəcə olaraq “Azadlıq+” adlandırılıb.
Bu insanların indiki missiyası Avropada məskunlaşan siyasi mühacirlər arasından daha fəal olanlarını müəyyənləşdirmək və onlara qarşı hər cür təxribatları təşkil etməkdən ibarətdir. Onlar üzdə sosial şəbəkələrdən istifadə edir, arxada isə Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsindən aldıqları sifarişlər üzrə hərəkət edirlər. Məxfi fəaliyyətlərindən ən mühümü siyasi mühacirlərin təşkilatlanma tendensiyalarını müəyyən etmək, təşkilati aktivliyi olanlar haqqında xüsusi məlumatları toplamaq və Azərbaycan hökumətinə təqdim etməkdir. Hakimiyyət isə bu adamlara ya birbaşa, ya da dolayısı ilə təzyiqlər təşkil edir. Dolayısı təzyiqlər əsasən bundan ibarət olur ki, fəal mühacirlərin Azərbaycanda olan yaxın qohumlarına qarşı repressiyalar təşkil edilir.
Bu məktubda sadalanan və sadalanmayan insanlar siyasi mühacirətin şantaj edilməsi, onların məqsədli şəkildə gözdən salınması, siyasi fəalların Avropa ölkələrindən sığınma haqqı əldə edə bilməməsi üçün yalan və böhtan xarakterli məlumatların təqdim edilməsi ilə məşğuldurlar.
Hal-hazırda bu adamların əsas kütləsi İcveçrədə yaşayan və belə görünür ki, orada siyasi sığınma hüququ ilə yaşayan Qabil Rzayev adlı şəxsin ətrafında birləşiblər.
Biz aşağıda imza edən bu şəxslər bu məlumatı sizə yollmağı zəruri saydıq. Tamamilə mümkündür ki, bu şəxslərin daha hansısa niyyətləri və Azərbaycan hakimiyyətinin repressiya maşınından aldıqları sifarişlər var, bunları dəqiqləşdirmək, sizin hüququnuzdur. Biz öz tərəfimizdən bu işlərlə məşğul olmaq istəmirik.

среда, 31 мая 2017 19:13 Ataxan Abilov

ataxanabilov@mail.com

 

İmza:  Hüquq professoru Elşad Abdullayev

Fransa, Paris, 30 iyun 2017

https://www.youtube.com/watch?v=IugV-kX_nrc