Londonda ara qarışdı:maşınlar yandırılır


Britaniyanın paytaxtı Londonun şərqində dünən yüzlərlə maskalı şəxs hərəkətin gur olduğu Kinqslend-roud küçəsində etiraz aksiyası keçirib.

202609_src

Onlar yolu bağlayıblar, polisə daş və “Molotov kokteyl”ləri atıblar.

Daily Mail bildirir ki, iğtişaşların səbəbi 20 yaşlı qaradərili Raşan Çarlzın ölümüdür.

Ötən həftə R.Çarlzı polislər təqib etmişdilər. Avtomobilindən çıxıb qaçan R.Çarlz yol kənarındakı dükana girmiş və naməlum bükülünü udmuşdu.

Polis bu bükülünün narkotik maddə olduğunu ehtimal edir.

Xəstəxanaya aparılmış R.Çarlz orada keçinmişdi.

Dünən axşam saatlarında Hakni, Midllton-roud küçələrində də iğtişaşlar olub.

Dalston küçəsində isə barrikadalar quran aksiya iştirakçılarına Kinqslend-roudda, Raşan Çarlzın tutulduğu küçədə yürüş edənlər qoşulublar.