Əliyevlər İsrailə 600 milyon dollar yatırdı; Hayfada daha bir villa alındı


Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı və oğlu İsrail iqtisadiyyatına 600 milyon dollara yaxın investisiya yatırıb. Haaretz nəşrinin yazdığına görə, bu barədə İsrailin turizm naziri Yariv Levin Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

aliyev-aile

Nazir bildirib ki, ölkəsi xarici investisiya və tursitlərin cəlb edilməsi üçün yaxşı şəraitə malikdir. Müxtəlif ölklərdən bir çox rəsmi şəxslər Hayfa və Tel-Əvivdə daşınmaz əmlaka vəsait yatırıb.

“Məsələn, bir neçə ay əvvəl Azərbaycan prezidentinin həyat yoldaşı və oğlu Hayfada 6 mln. dollara villa alıb, Azərbaycanın xahişi ilə oranın təhlükəsizliyini bizim təhlükəsizlik qüvvələri qoruyub”, – deyə Levin bildirib.

Nəşrin yazdığına görə, Azərbaycan prezidentinin oğlu Heydər Əliyev artıq bir neçə aydır İsrail həkimlərinin nəzarəti altında bu villada qalır və bu müddət ərzində ağır xəstəlikdən tam sağaılıb.

Azərbaycan prezidentinin ailə üzvləri İsraildə müalicə və turizmlə yanaşı şəxsi aktivlərindən 600 mln. dollar bu ölkənin birjasına yatırıb.

Azərbaycan prezidentinin həyat yoldaşı son 5 ildə İsrailə böyük həcmdə investisiya yatırıb və İsrailin xeyriyyə fondları ilə əməkdaşlıq edir.

İsrail nəşrinin yazdığına görə, Heydər Əliyevin Dubay, london, Los-Anceles və İstanbulda ümumi dəyəri 350 mln. dollar olan villaları var.

Azadliq.info