Neftçalanı viran qoyan məmurlardan şikayət edildi


Neftçalanı viran qoyan məmurlar şəhid ailəsinə niyə torpaq vermir: Prezidentə müraciət

img1405390

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə.

Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban Əliyevaya.

Şəhid İlkin Rzayevin valideynləri, Neftçala şəhəri H.Əliyev ev, 25 mənzil 20 ünvanında yaşayan, Rzayev Rahil Xəlil oğlu və Rzayevə Gülbuta Hidayət qızı tərəfindən

MƏKTUB

Mötərəm Cənab prezident! Zati Aliləri! Çox hörmətli Mehriban xanım!

Oğlumuz İlkin 1994 -cü ilin 22 mart tarixində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Dövlətimiz şəhid ailələrinə verdiyi imtiyazlardan yararlanaraq ötən 22 il ərzində heç yerə müraciət edib, artıq bir şey istəməmişik.Bizim zümrədən olan insanlara dövlətimiz tərəfindən verilənlərə görə, Allaha şükür edib dövlətimizə minnətdar olmuşuq. Bütün dünyada olduğu kimi Respublikamızdada baş verən maddi böhran, nəvələrimin dünyaya gəlməsi ilə ailəmizin sayının artması sonda məni məcbur etdi ki, bu ötən 22 il ərzində birinci dəfə Neftçala rayon icra hakimiyyətinə və cənab prezident sizə   müraciət edim.Belə ki, 30.03.2015 ci il tarixində ərizə ilə Neftçala rayon icra başçısı İsmayıl Vəliyevə müraciət edərək ailəmizə 20 ha torpaq sahəsi heç olmasa icarəyə verilsin ki, burada kənd təsərrüfatı ilə məşğul olub, ailəmizin maddi vəziyyətini yaxşılaşdıraq.Lakin müraciətimizdən 2 il dəndə çox keçməsinə baxmayaraq mənə heç bir köməklik göstərilməyib.

Necə olur ki,Neftçalada torpaq bizesi ilə məşğul olan Musatafa Əliyev Neftçala rayonunun DTXK-nın müdürü işlədiyi müddətdə( indiki Neftçala rayon laboratoriya idarəsinin müdürü) rayonun minlərlə ha torpaq sahəsini öz qohum əqrabasının verir.Ama şəhid ailəsinə 20 ha torpaq sahəsi verməyə torpaq tapılmır.Belə başa düşdüm ki, mənim oğlum ona görə şəhid olub ki, Neftçala rayonununda korrupsiyaner Mustafa Əliyev ,əkin sahələrindən, nohurçuluq təsərrüfatından, pul qazanıb,  Neftçalada  250 kv dəbdəbəli çay evi, rayonda 3 bağ evi, Bakı şəhərində 2 ev, öz adına olmayan 1000 ha əkin və.s mülklər əldə etsin.

Bu müraciətimidə onun üçün yazdım ki, Neftçala rayonununda məmurlar nə cənab prezidentdən qorxurlar, nədə şəhidlərə, onların ailələrinə hörmət edirlər. Necə deyərlər əsl dərə bəylik Neftçaladadır!Çox sağolun!Qoy min hektarlarla torpaq sahəsi Mustafa Əliyevin və onun kimilərin olsun! Gec -tez onsuzda hamımız bu torpağınıq!

Hörmətlə:Mustafa Əliyev və onun kimilərin rahat yaşaması üçün şəhid olmuş İlkin Rzayevin atası Rahil Rzayev.