Türkcü Emin Kürşad Rasul Cunayevi qınayanları hədələdi


Yaltaqlar şurası üzvülərinin nəzərinə ; bir qarın çörək nə şirin olub ki , ərliyi, kişiliyi ona qurban verirsiz!!!

18839087_1523079431058520_4931859692449907413_n
Emin Kursad solda 

Mən Rəsul Cunayevi şəxsən  tanımıram, amma elimizin, obamızın qəhrəman oğlu kimi hər dəfə yarışlarda Azərbaycan bayrağını ucalara qaldırıb dalgalandırdıqca  onunla və onun kimi digər oğullarımızla qürur duymuşam!

Bu gün  Rəsul Cunayev  və  digər idmançılarımız  haqlı tələblərini irəli sürəndə nəyə görə onların sözləri bəzi üzdəniraq yaltaqlara ox kimi batır?

158924_0

Onlar neçə yerdən maaş alsalar belə verilən pul onların  halal pullardır, çünki alın təri ilə qazandıqları pullardır.

Onlara qazandıqları  pulları heç bir məmur hədiyyə etməyib və etməzdə. Nə qədər kölə təfəkkürlü insan olasan ki, harınlamış məmur sürüsü üçün azad düşüncəli insanlara hücuma keçəsən. Bu həyatın sürprizləri çoxdur. Bilmək olmaz sabah kimi nə gözləyir. Bəziləri, sözünü cəsarətlə deyə biləcək qəhrəman oğullarımız üzərindən kimlərəsə yarınmaq məqsədi ilə xal tutmağa çalışırlar.

image

Amma mən üzümü o yaltaq sürüsünə tutub demək istəyirəm; öz Millətini, Vətənini acgözlüklə talayan məmur səninlə birlikdə səngərə girməyəcək, özünə oxşar tülkü övladlarınıda götürüb aradan çıxacaq. Biz isə Rəsul Çunayev və digər onun kimi qəhrəman oğullarımızla birlikdə bu Vətənin keşiyində dayanacağıq !!!

Yaşasın Millətim! Yaşasın, var olsun Vətənim Azərbaycan!

Emin Abdullayev