ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdi


trump-putin-1-1

Ötən həftə ABŞ Senatı Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun qəbul edib.

ABŞ Senatı iyulun 27-də Rusiyaya sanksiyaları sərtləşdirən layihəni yekdilliklə qəbul etmişdi. İran və Şimali Koreyaya da yeni sanksiyalar qoyan layihə 98-2 səs çoxluğuyla qəbul olunmuşdu.

Bu sanksiyalar Qərb şirkətlərinin Rusiyada biznes qurmasını əngəlləyəcək. Rusiyanın enerji şirkətlərinə yeni sanksiyalar bu ölkənin ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə qoyulur. Daha bir səbəb Moskvanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsidir.

Hələlik ABŞ prezidentinin bu sənədi imzalamasına Moskvadan hər hansı reaksiya yoxdur. Amma Qərb ölkələri son bir neçə gündür həyəcan təbili çalırlar ki, Vaşinqtonun yeni qadağaları Avropanın enerji təhlükəsizliyinə ziyan vuracaq.