Baş nazırın müavini Əli Həsənovun nəvəsinin  yol qəzasında həlak oldugu bildirilir – VİDEO


5983731fc4bc8_88d032c50a3de569c85a1e481b871336

Aldıgımız xəbərdə , Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə  bəzi detallar əldə edib.

Qəza zamanı “Gelandewagen” avtomobilində həlak olan şəxslərdən birinin Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev oldugu bildirilirdi


03.12 Xəbər yenilənib

Hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır.Onun sürücüsünün dünyasını dəyişdiyi bildirilir

 Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu və əlinin yandığı bildirilir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi: “Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır”.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub.

Nail toy qabagı saunada fahişələrlə 

O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 

21 yaşlı Nail biznesmendir, eyni zamanda  məşhur “Soho” klubun sahibidir

Euro Asia News