ŞƏHİD ANASI NƏVƏSİ ÜÇÜN DİLƏNİR! FOTOLAR


Ölkə başcısı İlham Əliyev   40 milion Rusiyanın ermənilər cox yaşayan Kislavodski şəhərinin abadlq təmir işlərinə İsarail dövlətinin ərazisində isə   öz şəxsi biznes maraqlarına 600 miliyon usd dolları pul ayırır.

6df8dc7a999d

Bir neçə gün əvvəl yanından keçəndə tələsdiyimdən sadəcə ona sədəqə verib keçmişdim. Bu günsə günəşin yerə od ələdiyi günortanın vədəsində asfalt üzərində oturmuş bu qocanı söhbətə tutmaqdan vaz keçə bilmədim.

048d33e7f1bd

“20 Yanvar”dan Qələbə meydanına doğru uzanan magistral yolun kənarında, hasara söykənib oturmuş ağbirçəyin dərdi başından aşır. İnsan ürəyində nə qədər əzablar gəzdirərmiş?

“Kimsən, hardan gəlmisən, ay nənə?” – deyə soruşanda bir anlıq gözləri alacalandı. Deyəsən, indiyə qədər yanından ötüb-keçən adamlar ona bu sualı verməmişdi. Diksinən kimi oldu, sanki kiminsə onu bu zülmlərdən xilas edəcəyinə ümidi artdı. Suallarıma göz yaşı içərisində cavab verdi söhbət boyu…

“Balam Tərtərin Marquşevan kəndində şəhid oldu” – deyəndə düzü, qulaqlarıma inanmadım. Təkrar soruşdum. Təsdiqləmək üçün əlini atıb çantasından sənədlərini çıxartdı. Biri şəxsiyyət vəsiqəsi, digəri şəhid ailəsi üzvünün vəsiqəsi… Sifət cizgilərinə, əllərinin, qırışına, qabarına baxanda azı 90 yaş vermək olar. Amma demə, yanılmışam.

90c1b612f5b8

İlyasova Sultan Bəylər qızı 1938-ci ildə Kəlbəcərin Zar kəndində anadan olub. Atası əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.

“Allah ermənilərin bəlasını versin, o vaxt lənətə gəlmiş ermənilər kəndimizə təpilib, ara qarışanda atamgil Şərurdan didərgin düşüblər və Kəlbəcərə köçüblər. Anamsa Qazaxdan Mirmehdi ağanın qızıdır” – deyir.

Şəhid olan ciyərparalarından da göz yaşı içində danışır. “Aslan, Asim, Akif, Mehdi, Arif Xankişi oğlu… 40 günə 5 oğul itirdik… Balamı bomba göyə uçurtdu, heç meyiti tapılmadı. İndiyə qədər gözləyirəm ki, qayıdacaq” – deyib hönkürür.

Ətrafdan keçənlərin də diqqəti bizə yönəlir. Ağbirçəyi birtəhər sakitləşdirməyə çalışıram.

Davam edir: “Qızım qardaşımın dağına dözmədi, öldü. İki balası qaldı. Nəvəmin də başında qəlpə yarası var. Şəhid balamın, Asimin balası Elşad 26 yaşındadır. Qaraciyəri yaman gündədir. Burada dilənirəm ki, bəlkə balamın dərmanlarını almağa köməyim dəydi”.

Kəlbəcərin işğalından sonra isə özü Bərdədə, hərbi şəhərciyə yaxın ərazidə yaşadığını deyir. Ardınca bildirir ki, nəvəsinin vəziyyəti ağır olduğundan Hikmət müəllim həkimlərə müraciət edib və onu dərhal xəstəxanaya qaldırıblar: “Mənə general Hikmət Həsənov çox böyük kömək olub. Allah da ona kömək eləsin, içi sən qarışıq!”

Günəş şüası altında dayanmağın mümkünsüz olduğunu görüb nənəni kölgəlik bir yerə aparmaq istəyirəm, ancaq razılaşmır: “Bax, əllərimi də gün yandırıb. Amma nə edim? Əlacım yoxdur. Deyirəm bəlkə nəvəmin müalicəsi üçün mən də beş-on manat yığa bildim. Amma daha dözə bilmirəm, özümün ağciyərimdə yara var”.

Söhbət boyu dəfələrlə nəfəsinin daralması, öskürəkdən boğulması da dediklərini təsdiqləyir…

– Nənə, nə vaxtdan burdasan?

– 8 gündür…

– Şəhid anası olduğunuz üçün təqaüd alırsan?

– 100-cə manat… Onu da ailəsi alır.

– Burada camaat sizə gündə nə qədər kömək edir?

– 30-40 manat…

– Bəs, gecələr harada qalırsan?

– Hər gecə birinin evində…

– İstəyirəm sizin vəziyyətinizlə bağlı əlaqədar təşkilatları, imkanlı adamları xəbərdar edim. Nə sözünüz, müraciətiniz varsa, buyurun! Kimdən kömək istəyirsiniz?

– Kim kömək edə bilərsə…

Ayrılarkən yenə dua edir: “Qurbanın olum, bala, yaz, bəlkə mənim dərdimə yanan tapıla… Başına dönüm…”

Şəhid anasının belə ağır durumda olması ikiqat faciəvi haldır. Amma istənilən halda, bir anaya, onun xəstə övladına sahib çıxmaq çox böyük savab iş olardı. Adı Sultan olan nənə bu gün acınacaqlı tale yaşayır çox təəssüf ki…

Mövzunu diqqətdə saxlayacağıq və bu ailənin taleyi ilə bağlı müvafiq qurumların mövqeyini öyrənməyə çalışacağıq.