Ailənin bac-xəracını toplayan nökərlərdən biri Fazil Məmmədovda istefa ərizəsi yazıb


Vergilər naziri Fazil Məmmədov vəzifəsindən istefa vermək qərarına gəlib.

 

Bu barədə 24saat.org-a daxil olan məlumatda iddia olunur. Bildirilir ki, nazir artıq istefası ərizəsi yazıb. İddiaya görə, onun istefa ərizəsi hələlik qəbul olunmayıb. Nazirlikdən saytımıza daxil olan məlumatda o da vurğulanır ki, Fazil Məmmədovun istefa vermək qərarı sözügedən qurumda çaşqınlığa səbəb olub.

1435585559_fazsoh

Fazil Məmmədovun hansı səbəbdən istefa vermək qərarına gəldiyi barədə müxtəlif versiyalar var. Bəzi ehtimallara görə, nazirin bu qərarı hakimiyyət daxilindəki ziddiyyətlərlə bağlıdır.

Başqa mülahizələrə görə isə Fazil Məmmədovun qərarı böhranla əlaqəlidir. Maliyyə böhranı başlayandan Vegilər Nazirliyinin büdcə öhdəliyi artıb. Fazil Məmmədov isə bu öhdəliyi yerinə yetirmək iqtidarında deyil.

Adı müdhis Panama Papers korrupsiya qalmaqalında hallanan Fazil Məmmədov haqda “The Guardian” yazır ki, 2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beşulduzlu Excelsior otelinin də daxil olduğu Ata holding-ini prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir.

Qəzet yazır ki, “baş vergiyığan” Məmmədovun hakim ailə ilə hansı bağlara malik olduğu indiyədək bilinmirdi.

Bu da qeyd edilir ki, Məmmədov Ata Holding-də marağa malik olduğunu heç vaxt bəyan etməyib

image-19

“The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonseca-ya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.

Məxfi sənədlər Panamadakı bu binadan sızıb

Məxfi sənədlər Panamadakı bu binadan sızıb

Vəkil French Londondakı ofisində UF Universe Foundation şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu və onların o vaxt 7 yaşında olan qardaşları Heydər olmalı idilər. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehribana məxfi “hami” funksiyası verilirdi. Digər “hami” Məmmədov olmalı idi.

Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. Ata-nın sədri Ahmet Erentok-un cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.

Müqavilələrə görə mənfəətdarların öldüyü halda onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. Bu şəxslərin adları sənədlərdə səliqəli şəkildə təvəllüdləri, ünvanları və onlara çatacaq faizlərlə birlikdə göstərilir. Məmmədovun şəxsən 10 varisi vardı. “The Guardian” bunların bəzilərinin körpə uşaqlar olduğunu yazır.

Ailənin sadiq nökərlərindən sayılan Fazil Məmmədov anlamalıdır ki ,Yer kürrəsi o qədərdə böyük deyil.Bu yazılanların coxu arxıv olaraq qalır

 Bir gün məkan və  zaman həmin nökər Fazil Məmmədovun əlehinə işləyəcək