Millət Vəkili Astan Şahverdiyev Xalgını deyil cinayətkarı müdafiə edir


Bir müddət əvvəl 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat edilmiş, Rusiyaya iş dalınca gedən azərbaycanlıları “otxod” adlandırmaqla qalmaqal yaratmış 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin  millət vəkili Astan Şahverdiyev “Qaçqınkom” sədrinin cinayətkar  nəvəsini Bill Qeytslə müqayisə etməkdən belə çəkinməyib

qaçqın.png

N.Allahverdiyevin gənc yaşında bu qədər böyük sərvətə, bahalı maşınlar kolleksiyasına sahib olması barədə suala deputat belə cavab verib: “Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağılı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur…”

Astan Şahverdiyev DİN-i yalanlamaq üçün hansı dəlillərlə silahlanıb?

Bill Qeytslə  korrupsioner cinayətkar məmur nəvəsini müqayisə edəcək yaltaq və  xəstə təfəkkürlü  deputat fikirləri yalnız və yalnız Azərbaycan Milli Məclisindən çıxa bilər

Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes Galendevagen”lə törətdiyi qəza gündəmin əsas mövzularından biridir. Mövzunu canlı saxlayan təbii ki, qəzadə 2 nəfərin həlak olması, 3 nəfərin yaralanması, avtomobilin bahalığı kimi məqamlarla yanaşı, qəzanı yüksək vəzifəli məmurun ailə üzvünün törətməsidir

get_img.png

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən  qaçqınları təmsil edən deputat Astan Şahverdiyev ucuzluğa gedərək, “Qaçqınkom” sədrinin şəninə bahalı təriflər deyib. Məsələn, bu cür: “Bu cür məsələlərdə Əli müəllimin adını hallandıran adamlar heç bir normal çərçivəyə sığmırlar. Bu gün Azərbaycanda ölkə prezidentinə, dövlətə və dövlətçiliyə Əli Həsənov kimi sadiq olan adam azdır. Əli müəllim qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar üçün evlərin tikilməsi ilə bağlı çox şəffaf idarəetmə sistemi yaradıb. Bunu çox adam bacarmır. Elə son vaxtlar Cocuq Mərcanlıda evlərin necə şəffaf formada paylanılması dediklərimə misaldır. Evlərin hamısı püşkatma yolu ilə paylanılıb. Mən bütün bu cür yazıların əleyhinəyəm və hesab edirəm ki, Əli müəllim haqqında yazılan bu qarayaxma xəbərlərin heç bir əsası yoxdur. Həmin adamlar Əli müəllimin onları məhkəməyə verməyəcəyindən sui-istifadə edirlər…”.

Amma deputat bu müdafiə məqsədli müsahibəsini verəndə deyəsən, Daxili İşlər Nazirliyinin həmin qəza barədə son açıqlamasından xəbərsiz olub

 

This slideshow requires JavaScript.

Məsələ burasındadırki, DİN-in son açıqlamasında qəza zamanı “Mercedes Galendevagen”in sükanı arxasında N.Allahverdiyevin olduğu və onun cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilir. A.Şahverdiyev isə köhnə hava üzərində qlaraq iddia edir ki, Əli Həsənovun nəvəsi qəza zamanı orada yox, evdə olub: “Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır. Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komitəsi də Azərbaycanda ən şəffaf qurumlardan biridir”.

Bu cür əxlaqısız millət vəkilinin mandatının əlindən alınması üşün Cəbrayıl Qubadlı bölgəsindən olan insanlar Milli Məclis qarşısında  məsələ qaldırmalıdır