Aydın Əliyev Ziya Məmmədovun otelini aldı – FOTOLAR


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun  satışa çıxardığı otelinin yeni sahibi məlum olub. AzEuroNews.com-un məlumatına görə, Ucarda “Fermer” yol-istirahət mərkəzi adı ilə fəaliyyət göstərən otel üçün istənilən məbləği dövlət gömrük komitəsinin sədri Aydın Əliyev ödəyib.

 

Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev
Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev

Əl dəyişən istirahət mərkəzinə rəhbər isə, Aydın Əliyevin yaxın qohumu İmamverdi adlı şəxs gətirilib.  İstirahət mərkəzində baş verən növbəti dəyişiklik bura Bakıdan əlavə işçi qüvvəsinin cəlb olunması olub. Aşbaz, ofsiant və xidmətçilərlə bağlı Bakıda yerli firmalardan birinə müraciət olunub. Firma “Fermer” rəhbərliyinin tələbini qarşılayaraq Ucara otelçilik sahəsində peşəkar olan aşbaz, ofsiant və xidmətçilər göndərib.

 

14794701118849

Məlumat üçün bildirək ki, Ziya Məmmədovun tikdirdiyi “Fermer” yol-istirahət mərkəzi 2015-ci ildə fəaliyyətə başalayıb. Ölkə başçısının Ucara səfəri zamanı otelin açılışı olub.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov

İstirahət mərkəzi barədə olan məlumatda qeyd olunur ki, kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.

14441468401279943874_1000x669

Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü birotaqlı, 1-i ikiotaqlı, 1-i isə dördotaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.

dd0e7edbe6f10c80678bd29d43a633d7Ucar Fermer Yol İstirahət Mərkəzi 08_09_2015 (24)

Nəzərinizə çatdıraq ki, varidatı milyardlarla manatla ölçülən keçmiş nazirinin inşaat, nəqliyyat, yükdaşıma, mehmanxana, istirahət, daşınmaz əmlakın idarə olunması və digər sahələrini əhatə edən çoxsaylı şirkətləri, istehsal və emal zavodları, ticarət və xidmət obyektləri, 100 hektarlarla torpaq sahəsi, onlarla çoxmərtəbəli binası, dəyərin 100 milyonlarla dollarla ölçülən çoxsaylı malikanələri və sair var.

Z.Məmmədovun yalnız ölkə daxilində deyil, xaricdə də, xüsusən Rusiyada, Dubayda və Türkiyədə böyük biznesinin olduğu haqda məlumatlar var.

Nia.az