Dövlət şirkəti SOCAR-ı necə talayırlar ? – Şok məlumat


SOCAR-ın Kompleks Qazma İşləri Trestində  bir vaxtlar  traktorçu işləyən Logistika İdarəsinin başına necə keçib?
 
20727373_1542882385772485_974066198_o
SOCAR da Fətullah Gülənci camaatının  aktiv üzvlərindən biri sayılan  Kompleks Qazma İşləri Trestinin müdürı  Şirəli İskəndər Yaqub oğlu(Tel:(+994 12) 521-32-10 E-mail:office.cdwt@socar.a-ı )  qohumlarının sayəsində zərərə salır
SOCAR-ın Kompleks Qazma İşləri Trestində sözün həqiqi mənasında qəribə vəziyyət yaşanır. İş o həddədir ki, terstin rəisi artıq dövlət şirkətinin imici ilə oynayacaq qədər şir ürəyi yeyib.
Bu barədə Euro Asia News medya qrupun elektron ünvanına məlumat daxil olub
Məlumatda bildirilir ki, yeyintiləri və əyintiləri ört-basdır etmək üçün qazma işləri trestinin məlumat bazasına giriş imkanlarını trestin rəisi İsgəndər Şirəli etibar etdiyi qohum-əqrəbasına və yaxın ətrafına həvalə edib. Bu səbəbdən trestin fəaliyyəti barədə ilkin mənbədən müəyyən məlumat əldə etmək xeyli çətinləşib. Buna baxmayaraq trest rəhbərliyinin yol verdiyi nöqsan və çatışmazlıqlar barədə bəzi bilgilər əldə etmək mümkün olub.
İsgəndər Şirəli trestin müdiri vəzifəsinə təyinat aldıqdan sonra bacısının həyat yoldaşı Ramiz Ağayevi Kompleks Qazma İşləri Trestinin Qazma və Logistika İdarəsində baş mühəndisi vəzifəsinə transfer edib. Özü də necə? Heç kəs soruşmur ki, traktorçunun loqistika ilə bağlı hansısa bir anlayışı var, ya yox? Bundan başqa Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəlinin qardaşı oğlu Yaqub Şirəli Tamponaj İdarəsinin rəis müavinidir. 30 yaşlı Yaqub Şirəli hərbi xidmətdən yayınıb.
Rəisin bacısı oğlu Fariz Ağalı isə “Sahil” Qazma İşləri İdarəsinin istehsalat üzrə rəis müavinidir. Onu da bildirək ki, neft hasilatında heç bir təcrübəsi olmayan Fariz Ağalı böyük bir platformaya görə məsuliyyət daşıyır. Hərbi xidmətə yararsız çıxarılmış Fariz bəyin dəniz şəratində neft hasilatı ilə məşğul olması, hətta “Tərəqqi” medalına da layiq görülməsi faktı qarşısında bircə onu deməyi lazım bilirik ki, bunlar başqasının haqqına girmə yolu ilə başa gəlir.
Belə qeyri-peşəkar qohum-əqrəba komandasının buraxdığı kobud səhvlərin düzəldilməsi bəzən elə olur ki, bütövlükdə SOCAR-ın boynunda qalır. “Bulla” dəniz yatağında baş verən yanğın hadisəsini mütəxəssis seçimində yanlışlıqlara yol verilməsinin göstəricisi kimi qiymətləndirmək olar.
Yeri gəlmişkən, mütəxəssis problemi trestin yerinə yetirdiyi bütün təyinatlı işlərdə üzə çıxır. Quyunun layihələndirilməsi və yerləşdirilməsi nöqtəsinin geoloji əsaslandırılmasında buraxılan səhvlər çox zaman gözlənilən nəticəni vermədiyindən işlərin maya dəyəri artır ki, bu da ümumi büdcəyə mənfi təsir göstərir. Belə səhvləri ört-basdır etmək üçün trestin rəhbərliyi tərəfindən itkilərin qazma işlərinin həcminin bilərəkdən şişirdilməsi hesabına kompensasiya edilməsinə yol verilir.
Quyuların qazılması üçün alətlər, o cümlədən qazma boruları, turbin mühərrikləri və sair zəruri avadanlıq və mexanizmlərin əldə edilməsində pozuntular da az deyil.
Onu da qeyd etmək yerinə düşər ki, Kompleks Qazma İşləri Tresti SOCAR-la yanaşı digər xarici şirkətlərin də sifarişlərini yerinə yetirmək imkanlarına malikdir. Əvvəllər trestə müəyyən qədər etibar vardısa, artıq bu etibardan söhbət belə gedə bilməz. Çünki trestin işlərindəki keyfiyyət əmsalı kifayət qədər aşağıdır.
Son məlumatlara görə, kompleks qazma işləri tresti “Pirallahı adası-quru”, “Çandahar-Zarat”, “Səadan”, “Darvin bankası” və “Pirallahı-dəniz” yataqlarında yeni quyuların qazılmasına başlayıb. Amma bu quyuların vaxtında təhvil veriləcəyi hələlik sual altındadır. Bundan başqa, trest rəisinin adı tikinti işlərində də hallandırılır ki, onun bir çox yerlərdə dəbdəbəli villalarının və obyektlərinin olduğu iddia olunur.

İstehsalat Birliyinin strukturuna daxil olan “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi, “Neft Daşları” Dəniz Qazma İşləri idarəsi, Abşeron Qazma İşləri İdarəsi, Qobustan Kəşfiyyat Qazma İdarəsi, “Qum adası” Dəniz Qazma İşləri İdarəsi, Tamponaj İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin bazasında yaradılmışdır.

Kompleks Qazma İşləri Trestinin struktur bölümündə 5 qazma işləri idarəsi (“Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi, “Sahil” Qazma İşləri İdarəsi, “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi, “Abşeron” Qazma İşləri İdarəsi, “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi), “Qazmaservis və Logistika” İdarəsi, Tamponaj İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi fəaliyyət göstərir

Euro Asia News