Latviyada silahlı şəxslər hoteli ələ keçirib


a63f2355bc662a3245b63b80d50f96f6

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər “Garden Palace” hotelini ələ keçirib.

Trend-in məlumatına görə, bir qrup şəxs hoteldən bir neçə sakini çıxararaq onların sənədlərini alıb.

Hotel sahibləri hadisə yerinə polis çağırıb.

Silahlı şəxslərin hələ də hoteldə qaldığı bildirilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.