Prokuror Akif Çovdarova cəza istəyəcək


MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyonla bağlı sənədlər araşdırılır

azl-259759

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə A.Çovdarovun vəkilləri bir neçə vəsattələ çıxış edib.

Vəkillər bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını və Çovdarovun yenidən Məhkəmə Tibbi Ekspertizadan keçirilməsini tələb ediblər. Məhkəmədə vəsatətlərlə bağlı müzakirələr aparılır.

Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesində məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmədə prokuror Çovdarova və digərlərinə cəza istəyəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.